“Xəzər rayonu Binə bələdiyyənin 2022-ci il ərzində bələdiyyə büdcəsinə 133904 manat gəlir daxil olmuş, xərclər 134276 manat təşkil etmişdir”- bu fikirləri Belediyye.infoya adşçəkilən bələdiyyənin sədri Habil Həmidov bidlirib.
Sədrin sözlərinə görə, büdcə gəlirlərinin əsas mənbəyi olan-torpaq icarəsindən 4.800 manat, torpaq vergisindən 9.750 manat, əmlak vergisindən 104.354 manat, dotasiyadan-15.000 manat daxil olmuşdur.
Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.
Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına-45.263 manat, DSMF 21.567 manat, bələdiyyənin saxlanmasına 12.011 manat , sosial yardımlar üzrə ödənişlər- 30.035 manat, abadlıq-quruculuq təmir işlərinə 25.400 manat xərclənmişdir.
Belediyye.info