"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “ərazidəki ev təsərrüfatlarının 80 faizinin sənədinin olmaması ucbatından bələdiyyə ciddi problemlə üz-üzə qalır”

--2021-09-16 / 13:14

“Bu gün bələdiyyənin əsas diqqəti əhali arasında maarifləndirmə işlərinin aparılmasına yönəlib. Gündəlik olaraq sakinlərlə söhbətlər aparır, problemləriylə maraqlanır və yerli vergilərini vaxtında ödəmələri haqqında bildirişlər paylanılır“ - bu fikirləri Belediyye.infoya Sabunçu rayonu Ramana bələdiyyəsinin Turqay Qəribov bildirib.

Sədrin sözlərinə görə Ramana Qala kəndi ilə yanaşı regiondakı ən qədim yaşayış məskənlərindən biridir. Tədqiqatçı Sara Aşurbəylinin fikrincə onun əsası eramızın təqribən 84-96-cı illəri arasında Roma imperiyasının XII legionunun əsgərləri tərəfindən qoyulub. Məhz elə bu səbəbdən də qəsəbə turizm marşrut xəttlərinin siyahısına salınıb. Bu məqsədlə artıq bir ilə yaxındır ki, qəsəbənin qədim mərkəzi hissəsində ciddi təmir bərpa işləri aparılır. Bütün infrasturktur yenilənir.

Hazırda rəsmən qəsəbədə 18.2 min nəfər əhali yaşasada qeyri-rəsmi əhalinin sayı 45 min keçir. Hazırda qəsəbə əraizisndəki ev təsərrüfatlarının 80 fazinin sənədinin olmaması ucbatından bələdiyyə ciddi problemlə üz-üzə qalır. Bütün bunlara baxmayaraq ruhdan düşmürük.

Ötən ilin ilk altı ayı ərzində əgər torpaq vergisindən 5.286 manat, əmlak vergisindən isə 39.515 manat büdcəyə maliyyə vəsaiti daxil olmuşdusa, cari ilin altı ayı ərazində bu rəqəm torpaq vergisi üzrə 6.544 manat, əmlak vergisi üzrə isə 49.036 manat təşkil edib. Bütünlükdə ilə büdcə gəlirimiz 52.418 manat təşkil edib. Fərq göz qabagındadır. Bununla yanaşı uçot maliyyə sisteminin təkmillləşdirilməsi sayəsində ciddi işlər həyata keçirilməkdədir. əgər ötən il vergi ödəyicilərinin sayı ötən il 10.785 idisə bu gün bu rəqəmi 11.273 nəfər çatdıra bilmişik.

Bu gün 5 nəfərlik vergi xidmətinin əməkdaşlarının və bütünlükdə bələdiyyə üzvlərinin yaxından iştirakıyla büdcəmizə əlavə maliyyə vəsaiti cəlb etməklə vətəndaşların bütün müraciətlərinin vaxtında həll edilməsinə çalışırıq.

Belediyye.info

ŞƏRHLƏR