"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “əsas vəzifəmiz şüvəlan sakinlərinin etimadını doğrultmaqdır”

--2022-10-10 / 05:38

Xəzər rayonu şüvəlan bələdiyyəsində vətəndaşların növbəti qəbulu keçirilib. Bu barədə məlumat şüvəlan bələdiyyəsindən daxil olub.

Bələdiyyə sədri Telman Süleymanovun və bələdiyyə qulluqçularının iştirakıyla keçirilən qəbulda qəsəbə sakinlərini fərdi qaydada qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən sədr Telman Süleymanov müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün addımlar atılacağını bələdiyyədən asılı olmayan məsələləri müvafiq orqanlara yönəldiləcəyini bildirib.

Sakinlərlə görüşdə sədr bilridib ki, bu gün bələdiyyənin əsas vəzifəsi sakinlərin etimadını layiqincə doğrultmaqdır.

Qeyd edək ki, bələdiyyədə hər gün 5-10 nəfər sakin müxtləif məsələlərlə bağlı bələdiyyəyə müraciət edir. Bələdiyyə qulluqçuları vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasana daim çalışır.

ŞƏRHLƏR