"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “icra şöbələriylə əməkdaşlıq əlaqələrinin qanunvericliyə əsasən qurulduqda öz səmərəsini verir”

--2023-02-16 / 06:06

“Nəsimi bələdiyyəsində vergi ödəyicilərinin siyahılarının dəqiqləşdirilməsini təmin edilməsi məqsədilə komissiya yaradılmışdır.” – bu fikirləri Nəsimi bələdiyyəsinin sədri əziz Zeynalov bildirib.

Sədrin sözələrinə görə, vergilərin ödənilməsindən yayınanlara qarşı komissiyanın tərtib etdiyi siyahıya uyğun xəbərdarlıq etməklə, sonda rayon icra və probasiya şöbəsinə Aktlarla birgə müraciətlər ünvanlanır.

Qanunvericiliyə uyğun icra şöbəsinə ötən il ərzində çoxsaylı şəxslər barədə müraciət olunmuşdur. Nəticədə bələdiyyə büdcəsinə vergilərin ödənilməsi daha səmərəli təmin edilmişdir.

Belə ki, 2022-ci ildə icra və Probasiya şöbəsinə edilən müraciətlərə əsasən 141.002,8 manat vəsait yerli büdcəyə daxil edilmişdir.

Bu rəqəm 2021-ci illə müqayisədə iki dəfəyə yaxın artıq deməkdir. Yəni 2021-ci ildə adıçəkilən istiqamətdən bələdiyyə büdcəsinə 55.183 manat vəsait daxil olmuşdu. Qeyd edək ki, icra şöbələriylə əməkdaşlıq əlaqələrinin qanunvericliyə əsasən qurulduqda öz səmərəsini verir.

Belediyye.info

ŞƏRHLƏR