“Səbail rayonu Bibiheybət bələdiyyəsinin 2022-ci il üzrə fəaliyyətində əsaslı irəliləyişlər olmuşdur” –bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Validə Həsənova bildirib.
Sədrin sözlərinə görə, 2022-ci ildə bələdiyyənin ümumi gəliri 31.170 manat, xərci isə 34.276 manat olmuşdur. Büdcə gəlirinin əsas mənbəyi olan əmlak vergisi 9.145 manat, torpaq vergisi 1.580 manat, mehmanxana və sanatoriya ödənişləri 7.885 manat, avtomobillərin dayanacaqları üçün ödənişlər 1.100 manat, bələdiyyə mülkiyyətinin icarəsinə görə ödənişlər 4.000 manat, hüquqi şəxslərin maliyyə yardımları 2.460 manat və dövlət büdcəsindən bələdiyyə üçün ayrılan dotasiya 5.000 manat bələdiyyənin illik büdcəsini təşkil etmişdir.
Büdcə gəlirlərinə əsasən 2022-ci ili məhsuldar il hesab etmək olar. Maddi yardımlar, mədəni kütləvi tədbirlər, təmir abadlıq, qəbirstanığın saxlanılması, əmək haqqı ödənişləri və digər idarəetmə xərcləri bələdiyyənin ümumi xərclərini təşkil edir. Belə ki, il ərzində idarəetmə orqanının saxlanılması xərcləri 19.362 manat, yerli sosial müdafiə və təminat, sosial inkişaf proqramlarının maliyyələşdirilməsi üçün xərclər 14914 manat olunmuşdur.
Qeyd edək ki, 2021-ci ildə Bibiheybət bələdiyyəsinin ümumi gəliri 28.447 manat, xərci isə 25952 manat olmuşdur.
Belediyye.info