“Bu gün Sabunçu rayon Bilgəh bələdiyyəsinin əsas məqsədi vətəndaşları yerli vergilərin vaxtında verilməsinə cəlb etmək, onlar arasında maarifləndirmə işlərini aparmaqdır”- bu fikirləri Belediyye.infoya Sabunçu rayon Bilgəh bələdiyəsinin sədri Təyyar ibadov bildirib.
Sədrin sözlərinə görə, qəsəbə ərazisində yaşayan imkanlı şəxslər yerli vergilərin verilməsinə maraq göstərmirlər. Vergiləri əsasən orta və aşağı təbəqənin təmsilçilərindən alırıq.
Bu çətinliyə baxmayaraq, biz ruhdan düşmürük və bələdiyyənin müfəttişləri daim sakinlər arasında olur, onlarla izahat işlərini aparmaqdan yorulmurlar.
Hazırda qəsəbə ərazisində 6000-dən artıq təsərrüfat qeydiyyatdadır.
Bələdiyyənin büdcə gəlirlərinə toxunan sədr bildirib ki, 2016-cı ilin ilk səkkiz ayı ərzində 110.077 manat, cari ildə isə 128. 828 maliyyə əldə edə bilmişik.
Bu vəsaitin 11 min manatını mehmanxana rüsumu təşkil edir.
Belediyye.info