“Horadiz bələdiyyəsinin xəritəsi bu günə kimi tamamlanıb bələdiyyəmizə verilməmişdir. ərazi tanınmadığından vergilərin yığımını həyata keçirməkdə çətinliklərimiz vardır.”- bu fikirləri Füzuli rayon Horadiz bələdiyyəsinin sədri Tural Nəbiyev Belediyye.infoya açıqlamsında bildirib.
Sədrin sözlərinə görə, 2018-ci ildə bələdiyyənin ərazisinin tanınması üçün xəritəmiz verilərsə irəlləyişlər etmək olar. Vətəndaşların bələdiyyəmizə olunan müraciətləri müsbət yöndə öz həllini sürətlə tapar.
Bbələdiyyə sədri Tural Nəbiyev əMDK sədri K.Həsənovun bu məsələ ilə bağlı ilin əvvəlində imişli şəhərində keçirdiyi səyyar qəbulunda olduğunu və Komitə sədrinin görüşdə müvafiq qurumlara tapşırıq verdiyini deyir.
Hətta xəritənin hazırlanıb icra hakimiyyətində təsdiq edilərək bələdiyyənin bu istiqamətdə fəaliyyətə başlamasını da deyib.
Bu görüşdən sonra Horadiz bələdiyyəsinin ərazisinin ilkin ölçmə işləri aparılıb. Amma hələ də işlər tam şəkildə öz həllini tapmayıb.
Komitənin yerlərdəki strukturlarının bu işə biganə yanaşması bizdə narahatlıq doğurur.
Belediyye.info