“Ötən bir il ərzində ərazimizdə bir sıra abadlıq işləri aparılmışdır”- bu fikirləri Belediyye.infoya Abşeron rayonu Goradil bələdiyyəsinin sədri ilqar Məmmədov bildirib. Bütün bu işlərin görülməsi bələdiyyə iclasının qərarıyla yerli büdcə vəsaitləri hesabına aparılmışdır.
Ötən 1 il ərzində kənd ərazisində məhəllə daxili yollarda bir sıra cari təmir işləri aparılmışdır. Kəndin Ağaəli Məşədioğlu küçəsi daxili imkanlar və kənd sakinlərinin köməkliyi sayəsində abadlaşdırılmışdır. Belə ki, həmin küçəyə 520 kv.m asfalt örtüyü vurulmuşdur. Bir neçə məhəllə daxili küçələrdə də doqquz ay ərzində müəyyən cari təmir işləri aparılmışdır. Bundan əlavə ismət Qayıbov küçəsinə 600 kv.m, Mir Məhəmməd küçəsinin 1-ci dalanına 120 kv.m, 2-ci dalanına 180 kv.m, Murtuza Muxtarov küçəsinə 600 kv.m asfalt örtüyü vurulmuşdur. Kəndin H.Z.Tağıyev küçəsində 1-ci dalana 1800 kv.m, əzim əzimov küçəsinə 1200 kv.m çınqıl-qravil məhlulu tökülərək yayılmışdır. Məhəllədaxili küçələrdən biri olan Rəşid Behbudov küçəsinə 3280 kv.m asfalt qırıntısı tökülərək yayılmışdır. Kənd qəbiristanlığının 505 kv.m hasarı emulsiya boyası ilə rənglənmişdir.
Sədr bundan əlavə bələdiyyənin inzibati binasının daxili əsaslı şəkildə təmir olundugunu bildirib. Təmir zamanı elektrik, rabitə, qaz və kanalizasiya xətləri tamamilə yenilənmişdir. Qapı və pəncərələr dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.
Kəndin şərq hissəsində yeni massiv adlanan ərazidəki 1296 kv.m, Məmməd Araz küçəsinin 500 kv.m məhəllə daxili küçələrə asfalt örtüyü çəkilmişdir. Növbəti aylarda daha bir neçə məhəllədaxili yolun abadlaşdırılmasını qarşımıza məqsəd qoymuşuq.
Ötən bir ildə kəndin bir neçə hissəsində küçə işıqlandırılması ilə bağlı işlər aparılmışdır. Belə ki, Mir Məhəmməd küçəsində 18 ədəd, Abbas Səhhət və əhməd Cavad küçəsində 16 ədəd işıqlandırma dirəyi basdırılmışdır. Hal-hazırda mərkəzi küçənin və bir neçə məhəllə daxili küçənin işıqlandırılması ilə bağlı görülən işlər yekunlaşmaqdadır.