"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “ötən il 186 nəfər Qaraçuxur qəsəbə sakini qəbul edilimişdir”

--2023-03-01 / 05:57

“2022-ci il ərzində Qaraçuxur Bələdiyyəsinin 18 ümumi iclası keçirilmişdir. iclasların  gündəliyinə 50 məsələ salınmışdır. Həmin məsələlər əsasən təşkilatı, büdcə, sosial maliyyə, təmir-tikinti, abadlaşdırma və sair məsələlər olmuşdur”- Belediyye.infoya bu barədə məlumatı Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfov bildirib.

Sədr bildirib ki, hesabat ili ərzində 186 nəfər vətəndaş qəbul edilib. əhalidən daxil olan ərizələrin sayı 272, idarə, müəssisələrdən daxil olan məktubların sayı 260, cavablandırılan və göndərilən məktubların sayı 268, arayışların sayı 676 olmuşdur. Daxil olan məktublar və ərizələr tərəfimizdən araşdırılaraq cavablandırılmış və yaxud aidiyyatı üzrə ünvanlanmış, bələdiyyənin imkanları daxilində sakinlərin istək və arzularına uyğun həll edilmişdir. il ərzində 426 nəfər hərbi xidmətdən məzuniyyətə gəlmiş əsgər və zabitlərimizin qeydiyyatı aparılmışdır.

əlavə edək ki, adıçəkilən bələdiyyənin ötən il büdcənin ümumi gəliri 274.510 manat, xərci  isə 271.457.00 manat olmuşdur.

Belediyye.info

ŞƏRHLƏR