"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci rübündə büdcə gəlirlərimizdə 25 faiz artım olub”

--2023-03-28 / 15:38

“Cari ilin birinci rübü Yasamal bələdiyyəsi üçün “Heydər əliyev ili”nin elan edilməsi ilə bağlı ağacəkmə aksiyasının keçirilməsi və rayonda “Novruz şənliyinin” yüksək səviyyədə təşkil edilməsiylə yadda qalıb”-bu fikirləri Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov bildirib.
Rüb ərzində büdcə gəlirlərinin həcminə toxunan sədr bildirib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin I-ci rübündə büdcə gəlirlərində 25% artım olub.
Büdcə gəlirlərimizn artımında ədliyyə Nazirliyinin Yasamal rayon icra şöbəsinin dəstəyi də hiss olunmuşdur. Belə ki ötən ilin müvafiq dövrü ilə müqayisədə icra şöbəsindən daxil olan ödənişlərin həcmi 45% artıq olmuşdur.
Büdcənin əsas gəliri əmlak və torpaq vergisi, eyni zamanda mehmanxana və dayanacaq rüsumlarından daxil olan ödənişlər təşkil edib.
Sədr bələdiyyənin büdcə gəlirlərinin artması üçün maraqlı təkilflədə çıxış edib:
- Dövlət tərəfindən bələdiyyələrin ərazilərinin təhvil verilməsi (xəritəsi), mülkiyyətçilər haqqında məlumatın verilməsi, yəni Daxili işlər Nazirliyi və Dövlət Reyestr Xidmətinin bazasında olan məlumatların xüsusi proqramla bələdiyyələrin elektron poçt ünvanına göndərilməsi həyata keçirilərsə bələdiyyənin qarşılaşdığı problemlərin bir xeyli hissəsi azalmış olacaqdır.

Belediyye.info

ŞƏRHLƏR