"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Qardaş xalqın kədəri, bizim kədərimizdir”

--2023-02-09 / 15:29

Altı fevral tarixində Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən silsiləli zəlzələlər qeydə alınıb. Dəhşətli təbii fəlakət nəticəsində zərərçəkmiş şəxslərə dəstək məqsədilə Gəncə şəhəri Nizami bələdiyyəsi 14 qutudan ibarət usaq və böyüklər üçün geyim dəstini Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğuna təqdim ediblər. Bu barədə məlumatı adıçəkilən bələdiyyəni sədri Qoşqar Məmmədov bildirib.

Qoşqar Məmmədovun sözlərinə görə, bununla yanaşı bələdiyyənin kollektivi başda sədr olmaqla Türkiyənin Daxili işlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) 20.000 lirə maliyyə vəsaiti köçürülüb.

Sədr açqılamasında Gəncə şəhər Nizami bələdiyyəsi hadisə nəticəsində doğma və yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verməklə, yaralılara şəfa və səbir diləyib: “Qardaş xalqın kədəri, bizim kədərimizdir. Başın sağ olsun, Türkiyə!”

Belediyye.info

ŞƏRHLƏR