“Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsi hazırda maliyyə sıxıntısıyla üz-üzə qalsa da, inzibati ərazidə salınan “şəhidlər xiyabanın” yerləşdiyi qəbirstanlıqda abadlıq işləriylə yanaşı işıqlandırma işlərini də həyata keçirib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Fikrət Quliyev bildirib.
Sədrin sözlərinə görə, qəbirstanlıq 2019-cu ildə bələdiyyənin balansına veridlikdən sonra ərazidə ciddi abadlıq işləri görülməkdədir.
Sonradan II Qarabağ müharibəsi zamanı həlak olan qəsəbə sakinlərini qəbirstanlıqda ayrıca Xiyaban salınraq dəfn edildilər.
Bundan sonra həm əraziyə işıqlandırma xətti çəkilmiş, o cümlədən ərazidə gediş-gəlişin rahatlığını təmin etmək məqsədiylə bir sıra layihələr icra edilmişdir.
Bələdiyyə kollektivinin iştirakıyla ərazidə mütəmadi olaraq iməciliklər təşkil edilir.
Belediyye.info