"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Türkiyənin kədəri bizim kədərimizdir”

--2023-02-09 / 13:13

Mingəçevir bələdiyyəsi qardaşlaşdığı Türkiyənin Gölbaşı və Kars bələdiyyələrinə, eləcə də Mersinin Anamur bələdiyyəsinə və Türkiyənin Bələdiyyələri Birliyinə başsağlığı göndərib. Baş sağlığında deyilir:

 "Hörmətli başqan!

Qardaş Türkiyənin Kahramamaraş və digər şəhərlərində baş vermiş güclü zəlzələ nəticəsində insan itkiləri və dağıntılar barəsində eşitdiklərimiz bizi çox kədərləndirdi. Azərbaycan respublikası Mingəçevir bələdiyyəsi və şəxsən öz adımdan həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirəm.

Türkiyənin kədəri bizim kədərimizdir.

Mingəçevir bələdiyyəsinin sədri Ramiz əliyev”

Belediyye.info

ŞƏRHLƏR