"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Vergi ödəyiciləri tam başa düşürlər...”

--2023-02-27 / 04:32

“Yerli büdcənin mədaxil hissəsində yerli daxilolmalardan fiziki şəxslərdən torpaq vergisi: 32.681 AZN qarşı 4.018 manat, əmlak vergisi 25.608 manata qarşı 3.101 manat, bələdiyyə mülkiyyətinin satışından 10.000.manata qarşı 10.450 manat, dövlət büdcəsindən gözlənilən dotasiyadan 5000 AZN qarşı 1970 AZN daxil olmuşdur”- bu fikirləri Belediyye.infoya şirvan şəhər Hacıqəhrəmanlı bələdiyyəsinin sədri Samirə Abişova bildirib.

Sədr bildirib ki, 2022-ci ilin 1 ili ərzində bələdiyyənin yerli büdcəsinin mədaxil və məxarici 77.158 manat proqnozlaşdırıldığı halda maliyyə vəsaitlərinin cəmi daxil olması 19.687 manat, xərc hissəsi isə 19.481 manat olmuşdur.

Bu gün artıq bələdiyyənin vergi ödəyiciləri tam başa düşürlər ki, yerli vergilər vaxtında milli poçt və bank vasitələri ilə ödənilmədikdə vergi məcəlləsinin 59.1-ci maddəsi ilə gecikdirilmiş hər gün üçün faiz hesablanır.

Belediyye.info

ŞƏRHLƏR