“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin sədri, Belediyye.info saytının təsisçisi Vüqar Tofiqlinin iştirakıyla növbəti görüş Yasamal bələdiyyəsində keçirilmişdir.
Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədovla keçirilən görüşdə bələdiyyənin fəaliyyəti geniş təhlil edilmiş, üzləşdiyi problemlər müzakirə edilmiş, habelə vergi ödəyiciləriylə aparılan işlərlə isə bələdiyyənin vergi xidmətinin rəhbəri Rəşid Muradovun iştirakıyla müzakirə edilmişdir.
“Bu gün Yasamal bələdiyyəsinin qarşıya qoyduğu əsas vəzifə büdcə daxilolmalarının həcmini artırmaqdır. Büdcə gəlirlərini artırmaqla vətəndaşların müraciətlərini vaxtında həll etmək olar. Bələdiyyə üzvlərinin dəstəyi və yaxından iştirakıyla biz fəaliyyətimizi ilin əvvəlində bələdiyyə iclasında təsdiq etdiyimiz plana uyğun qurmuşuq. əlavə edim ki, hazırda bələdiyyə bütün innovativ vasitələri tətbiqinə maraq göstərir və fəaliyyətində tətbiq edir”- bu fikirləri görüşdə Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov bildirib.
Görüşdə bələdiyyənin vergi xidmətinin rəhbəri Rəşid Muradov Yasamal rayonunda bu günədək 44 min vergi ödəyicisinin qeydiyyata alındığı, bu prosesin davam etdirildiyini və bunların 20 faizinin güzəştli təbəqəyə aid olduğunu bildirib. Ümimi qeydiyyata alınan mənzillərin 20 faizədək hissəsinin sənədinin olmaması bələdiyyənin vergi yığımına ciddi təsir edir. 200-ədək vergi borcu olanlar barəsində isə icra şöbəsinə müraciət ünvanlanıb. Hazırda bu müraciətlər nəticəsində büdcəyə 10 min manata yaxın vəsait daxil olub.
Görüşdə cari ilin doqquz ayı ərzində bələdiyyə büdcəsinə 650 min manat vəsait daxil olduğu qeyd edildi. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 100 min manat çoxdur.
Sədr qeyd edib ki, bələdiyyənin vergi xidməti bir ildən artıqdır ki, SMS-xəbər sisteminə qoşulub. Bildirişlər həm də SMS vasitəsiylə vergi ödəyicilərinə çatdırılır. Bununla yanaşı xəritənin təqdim edilməməsi bələdiyyəyə ciddi problem yaşatmaqdadır.
Görüşdə qarşılıqlı maraq dorğuran suallar cavablandırılmış, fəaliyyətin Bələdiyyələrlə iş mərkəzinin tövsiyələrinə uyğun qurulması tövsiyə edilmişdir.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|