“’əgər bələdiyyəmizin ərazisində olan sənədsiz mənzillərin hüquqi statusu bilinsəydi büdcə gəlirlərimizi iki dəfədən çox artırmış olardıq”- bu fikirləri Belediyye.infoya Suraxanı rayonu Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilov bildirib.
Bələdiyyədə ucot sistemi qurulub. Ötən illərdə davamlı olaraq həyata keçirilən monitorinqlər nəticəsində bütün vergi ödəyiciləri qeydiyyata alınıb. Və nəticədə 13 mindən artıq təsərrüfatın 90 faizdək hissəsinin sənədinin olmaması müəyyən edilib. Digər tərəfdən xəritənin təqdim edilməməsi, habelə bu qədər mənzilin sənədləşdirilməməsi bələdiyyəmizin əsas problemi hesab edilə bilər.
Ötən il məhz kollektivimizin üzvlərinin fəaliyyəti sayəsində sənədsiz mənzilləri haqqında bütün bilgilər təqdim edilən sorgu vərəqlərinə qeyd edilməklə müvafiq qurumlara təqdim edilib.
Təəssüf ki, xeyli müddət keçməsinə baxmayaraq hələ də bir irəliləyiş hiss olunmur. Etiraf etməiyəm ki, bu ləngimələr nəticəsində bələdiyyə kifayət qədər maliyyə vəsaiti itirir.
Sədrin sözlərinə görə, qəsəbədə rəsmi olaraq 55000 nəfərdən artıq qeydiyyatda olsa da, qeyri-rəsmi sakinlərimizin sayı 70 min nəfərə çatır.
Belediyye.info