"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Xidmət rəhbərliyinin təşkilatın razılığını öyrənmədən müqaviləni birtərəfli qaydada ləğv etməsi və bu günədək heç kimə bu barədə məlumat verməməsi təəssüf doğurur”

--2022-10-12 / 10:38

“Nərimanov bələdiyyəsinin qarşılıqlı iddiası üzrə oktyabr ayının 10-unda keçirilən növbəti məhkəmə baxışında nəhayət ki, “Daşınmaz əmlakın Dövlət Reyestr və Kadastr” Publik Hüquqi şəxsin Baki şəhər ərazi idarəsinin təmsilçisinin iştirakı təmin edildi”–bu fikirləri Belediyye.infoya Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Sədr bildirib ki, bu dəfəki məhkəmə baxışı bir çox ciddi məqamlarla diqqəti çəkib. Belə ki, “Daşınmaz əmlakın Dövlət Reyestr və Kadastr” Publik Hüquqi şəxsin Baki şəhər ərazi idarəsinin təmsilçisi icarə müqaviləsi ləğv olunan daşınmaz əmlakların siyahısını təqdim etmiş və məlum olmuşdur ki, birtərəfli qaydada əmlak məsələləri Dövlət Xidməti Nərimanov bələdiyyəsiylə 16.07.2008-cil il imzalanmış 8457 saylı icarə müqaviləsi xidmətin Bakı şəhəri üzrə şöbəsinin 17.09.2021-ci il tarixli aktına əsasən  17.09.2021-ci il tarixdə ləğv edilmişdir. Qeyd olunan bina Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmasına baxmayaraq, Xidmətin rəhbərliyi həmin təşkilatın razılığını öyrənmədən müqaviləni birtərəfli qaydada ləğv etmiş və bu günədək heç kimə bu barədə məlumat verməmişdir. ən maraqlı isə odur ki, söküntüsü iyun ayında həyata keçirilən binaya xidmətin əməkdaşları vizual baxışı necə və hansı şəraitdə keçirib həm akt bağlayıb, həm də rəy verib, üstəlik tələm-tələsik çıxarış veriblər. Üstəlik şəhərin mərkəzində bazar qiyməti kvadratı 5 min manat olmaqla 1400 kvadrat metrlik ərazini 7 milyon manata yox cəmi kvardatı 600 manat olmaqla 900.000 manata satışa çıxarıblar. Bununla bağlı hərrac prosesinin keçirilməsinin özündə şübhəli məqamlar kifayət qədərdir. Daha maraqlısı isə məhkəmə hakiminin 1409 kvadrat metrlik əraziyə sahiblənmiş şəxsi məhkəmə baxışına cəlb etməməsi, buna maraq göstərməməsidir.

Sədr daha sonra bildirib ki, 2021-ci ilin iyun ayından söküntüsü başa çatan binaya necə texniki pasport verilib və xidmətin əməkdaşları nəyin əsasında akt bağlaylıb birtərəfli qaydada müqaviləni ləğv ediblər. 2021-ci ilin dekabr ayınadək bələdiyyə icarə haqqını ödədiyi halda müqavilə niyə birtərəfli qaydada ləğv edilməli idi. ən vacib və narahatlıq yaradan məsələ ondadır ki, bununla bağlı xidmət rəisinin sərəncamı olub və bu işlərə nəzarət sədr müavini Elçin Yusubova həvalə edilib.

Və daha bir maraqlı məqam isə artıq bələdiyyədən alınan ərazi heç bir ay keçməmiş özələşdirilmiş və əraziyə çıxarış verilmişdir.

Sədr qeyd edib ki, vətəndaşların və bələdiyyələrin bir çox hallarda aylarla və illərlə gözlədildiyi halda nədən Natiq əliməmmədova belə operativ şəkildə xidmət göstərilib. Fikrimcə, bu məqamların araşdırılmasına ehtiyac vardır. Bununla bağlı bələdiyyəni təmsil edən vəkilin qaldırdığı vəsadəti isə hakimin təmin etməməməsi çoxsaylı suallar doğurur. Növbəti məhkəmə baxışı oktyabrın 13 -ə təyin edilib.

Təmraz Tağıyev son olaraq bir daha qeyd edib ki, Nərimanov bələdiyyəsi məhkəmə hakimi tərəfindən ədalətli qərar verilənədək mübarizəni davam etdirəcəklərini bildirib. Bununla yanaşı Nərimanov rayon ictimaiyyəti, şəhid və qazi ailələri, çoxsaylı bələdiyyə qulluqçuları məhkəmə baxışını diqqətlə izləyir və hakimdən ədalətli qərar gözləyirlər.

Belediyye.info

P.S. Açıqlamada adıçəkilən qurumların hər birinin fikirlərinə yer ayırmağa hazırıq

 

ŞƏRHLƏR