“işlədiyim vəzifələr içərisində hazırda çalışdığım bələdiyyə sədri ən kiçik vəzifədir. Ancaq bu vəzifənin məsuliyyəti və şərəfi daha yüksəkdir. Odur ki, bu vəzifədə çalışmağımın əsas məqsədi pul qazanmaq yox, əksinə şərəfli bir vəzifəni layiqincə icra etməklə Badamdar sakinlərinin problemlərinin həllinə nail olmaqdır”- bu fikirləri bizimlə söhbətində Səbail rayonu Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədov bildirib.
Çalışdığım üç ilə yaxın müddətdə fəaliyyətimlə bələdiyyənin əhali arasında olan nüfuzunu artırmağa nail olmuşam. Bu gün bələdiyyə üzvü olaraq əsas vəzifəm mənə səs verən 2875 seçicinin etimadını layiqincə doğrultmaqdır.
Vətənimə və dövlətimə bağlı olan bir vətəndaş olaraq özümü 31 il yaşadığım qəsəbənin əsil sakini hesab edirəm və bununla fəxr edirəm.
***
Bələdiyyə sədriylə Vətən müharibəsində şəhid olmuş mayor ilkin əhədzadənin mənzilinin qarşısında görüşdüm. Enişli-yoxuşlu bir küçədə yerləşən mənzilin qarşısında şəhid mayorun barelyefi vurulmaqla divar hissəsində əsaslı təmir işləri davam etdirilməkdə idi. Üstəlik divar hissədə bərkitmə işlərinə də yekun vurulmuşdu. əvvəlcə isə mənzilin həyətində bir sıra işlərin görülmüşdü.
əlavə edim ki, Azərbaycan Ordusunun mayoru olan ilkin əhədzadə 44 günlük Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhid olub və II şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti ilham əliyevin Sərəncamına əsasən ilkin əhədzadə ölümündən sonra "Vətən uğrunda" medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı ilə və "igidliyə görə" medalı ilə təltif edilib.
Layihənin gedişiylə tanış olub, tapşırıq və tövsiyələrini verdikdən sonra sədrlə birgə qəsəbənin digər ərazilərində bələdiyyə tərəfindən həyata keçirilən layihərlə tanış olduq. Vətən mühaibəsi şəhidləri Vüsal Həsənov və Vüsal Teymurovun mənzillərində olub görülən işlərlə yaxından tanış olduq. Hətta bələdiyyə tərəfindən bu şəhidlərin mənzilləri də təmir edilmiş və əlavə avandanlıqlar quraşdırlımışdır. Bununla yanaşı bələdiyyə tərəfindən birinci Qarabağ müharibəsi dövründə şəhid olan Vasif Hüseynovun mənzilində cari təmir işləri aparılıb. Təsadüfdən mənzilinə gedərkən şəhidin anası Zəkiyyə xanımla görüşdük. Zəkiyyə xanım görülən işlərlə bağlı, həmçinin şəhid ailələrinə göstərilən qayğı və diqqətə görə ölkə başçısı ilham əliyevə təşəkükürünü bildirməyi unutmadı.
Bələdiyyənin həyata keçirdiyi layihələr bununla bitmir. Belə ki, qəsəbə ərazisində ki, qəbrstanlıqda salınan şəhidlər Xiyabanı Səbail RiH-in təşəbbüsü və dəstəyi ilə yenidən qurulmuş və hər gün xidmət göstərilməkdədir. Hətta qəbrstanlığın girişində qəsəbədə şəhid olmuş sakinlərin hər birinin adı olan mərmər lövhə hazırlanaraq guşə düzəldilmiş, ətrafı ağlay daşla bəzədilmişdir.
Vaxtı ilə bir çox hallarda pərakəndə və nizamsız şəkildə salınmış qəsəbənin küçələrinin az qala gözüyumulu hərəkət edən sədr 44 günlük müharibədə şəhid olmuş qəsəbə sakinlərinə sanki bir vətəndaşlıq borcunu qaytarmış kimi hərəkət edir, hər biri ilə səmimi və istiqanlı söhbət etməsi isə diqqətimdən yayınmadı.
***
Bələdiyyənin inzibati binasında söhbətimizə bələdiyyənin vergi xidmətinin rəhbəri Vidadi Məlikovda qoşulur və fikirlərini bizimlə bölüşür.
- Bələdiyyə ərazisində hazırda 107 adlı küçə var. Onlardan ikisinin bir hissəsi Yasamal rayonu ərazisinə düşür. Hazırda bələdiyyə ərazisi üç yaşayış massivindən ibarətdir. Onların hər biri iki hissəyə ayırmaqla vergi müfəttişlərinə siyahı üzrə təqdim edilib. ərazidə olan 7000-ə yaxın təsərrüfat siyahılaşdırlıb. Və bu siyahılar həmçinin elektronlaşdırılıb. Hər bir vergi müfəttişi bələdiyyənin öz siyahısı üzrə ev nömrəsini qeyd edib bildirişlərini paylayırlar. Bu gün uçot sistemi bələdiyyədə elə qurulub ki, demək olar ki, saat mexanizmi kimi işləyir. Borclu vətəndaşlarımızla ciddi şəkildə maarifləndirmə işləri aparılır. Məhz bu söhbətlərin nəticəsidir ki, ay ərzində 20 min manat ətrafında vergi toplayırıq. Çətinliyimiz ondadır ki, ərazidə 7000 təsərrüfatın 70 faizinin sənədi yoxdur. Qalan 30 faiz hissənin 80 faziədək hissəsindən vergi toplayırıq. Vətəndaşlarımız sənədlərini təqdim etməyə sanki hazır deyillər, maraqlı görünmürlər. Dəfələrlə bir qapıya müraciət etsək də sakinlərmizin bir qismi nə qapını açır, nə də bələdiyyəyə gəlib hər hansı məlumat verir. Belə vətəndaşların sayı azalsa da amma yenə kifayət qədərdir.
“Lazur” Klinikasının bələdiyyəyə kifayət qədər borcu var. “Naftalan” Sağlamliq mərkəzi heç bir sənəd təqdim etmədiyindən vergi borcunu müəyyən edə bilmirik. Amma bütün bu çətinliklər bizi ruhdan salmır.
Sədrlə söhbətimizi davam etdiririk:
- Bələdiyyə üzvlərimizin hər biri fəaliyyətimzə dəstək verir. Bir bələdiyyə üzvü Samir Zamanov müəyyən təcrübə qazandıqdan sonra irəli çəkilərək qəsəbə icra nümayədnəsi təyin edilib. O da fəaliyyətimzə dəstək verir.
Qırx nəfər borclu vətəndaşlarımızla bağlı icra şöbəsinə müraciət etmişik. Onların üst-üstə borcu 40 min manatdan artıqdır.
əlavə edim ki, ərazimizdə yaşayan Milli Məclisin 48 üzvü yerli vergilərini vaxtında ödəyir. Sakinimiz olan Aqil Abbas, Tahir Rzayev və Tahir Mirkişili bələdiyyəmizin fəaliyyətinə daim dəstək verirlər.
Ümumiyyətlə, dövlətimizin qanunlarıyla müəyyən edilmiş yerli vergiləri vaxtında ödəməyən vergi ödəyicisi niyə olmalıdır? Axı hər kəs bilməlidir ki, son nəticədə ödənilən hər bir manat sonda elə o vətəndaşın probleminin həllinə yönəlir.
Sözsüz ki, Badamdar bələdiyyəsinin uğurlarıyla yanaşı problemləri də az deyil. Sənədsiz mənzil problemi, habelə elektron xəritələrinin təqdim edilməməsi bələdiyyənin ciddi problemləri sırasındadır. Yaxın günlərdə bələdiyyənin yeni internet resursunu hazırlamaq niyyətimiz var. Yəqin ki, bu problemlər öz həllini tapmış olsa, bələdiyyənin büdcə gəlirləri ciddi şəkildə arta bilər.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|