Bu gün Belediyye.info saytında yerləşdirilən “Azərpoçt”MMC-nin rəhbərliyinə: iRAD Və TəKLiFLəR NəZəRə ALINSIN, YOXSA....” yazısına bir sıra bələdiyyə sədrləri öz münasibətlərini bildiriblər.
Açıqlamaları olduğu kimi oxucuların diqqətinə çatdırırıq.
- "Azərpoçt MMC" ilə bağlı yazını oxudum. Məndə razıyam ki, bu gun poçtlarda xidmət zəifdir. Poçtlar hələ də köhnə qaydalarla işləyir. Poçtlar bank fəaliyyəti ilə məşğul olmalarına baxmayaraq hələ də "internet bankçılıq"yox səviyyəsindədir. Poçtlar tərəfindən 3% BAMS proqramına qədər tuturdular. indi tutmurlar. 3% BAMS proqramına tutulur. Ondan 1%-i poçta ödənilir. Pulu nəqdləşdirən zaman 1% qanunla bütün banklarda tutulur. Təklifimiz odur ki, “Azərpoçt MMC"-nin texniki bazası yenilənməli və "internet bankçılığa"uyğun fəaliyyətini qurmalıdır.
Elman Allahverdiyev Xaçmaz rayonu, Xudat bələdiyyəsinin sədri
- Belediyye.info rəhbərliyi və bütün bələdiyyə sədrləri olan həmkarlarım! Biz ancaq birlikdə vacib məsələləri müzakirə obyektinə çevirərək bələdiyyələrın nüfuzunun qaldırılmasına nail ola bilərik. Odur ki, lazım olan məsələləri, çatışmazlıqları, bələdiyyələrə və onların fəaliyyətlərinə əngəl olan amilləri vaxtında qaldırmaqla məqsədlərimizə çata bilərik. Mən şəxsən bir bələdiyyə sədri olaraq qanunlarımızın aliliyinə və dövlətçilik ənənələrimizə, Cənab Prezidentimizə böyük sayğı göstərərək zaman-zaman bələdiyyələrimizin işinə əngəl olan məsələləri, onların nüfuzunun qaldırılması yolları haqqında fikir və rəylərimizi hər zaman qeyd edirəm. Mən Yardımlı rayonunun ucqar dağ kəndində bələdiyyə sədri işləyirəm. Alar kəndində ümumiyyətlə internet yox dərəcəsindədir. internetlə baglı müraciət etmədiyimiz nazirlik qalmayıb, heç bir müsbət nəticəsi yoxdur. Belə bir vəziyyətdə hansı poçt xidmətlərindən danışmaq olar. Elə buna görə də Alar kəndinin vətəndaşları ödəyəcəkləri verginin ödənilməsində çox ciddi problemlərlə üzləşirlər.
Alımirzə şahverənov, Yardımlı rayonu Alar bələdiyyəsinin sədri
- Bu toxunduğunuz məsələ hər bir bələdiyyənin gündəlik qarşılaşdığı problemdir. Min bir əziyyətlə vətəndaşı dəvat edirik bələdiyyə vergilərini ödəsin. Lakin poçta işləyənlər bircə kəlmə ilə ‘sistem işləmir” deməsiylə, əziyyətimizi heç edirlər. inanın ki, həmin vətəndaşı ikinci dəfə biz vergi ödəməyı dəvət edə bilmirik.
Habil Həmidov Xəzər rayonu, Binə bələdiyyəsinin sədri.