sorğu
Hazırda 1606 bələdiyyə üzrə çap olunmuş bülletenlərə 41462 nəfərin adı daxil edilib.
Demokrat.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O bildirib ki, seçkilərdə 13 siyasi partiyanın nümayəndələri də namizəd kimi qeydə alınıb.
Qeyd edək ki, seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.