Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasında (AHiK) 2018-ci ilin nəticələrinə görə “ilin peşəkar gənci” fəxri adına layiq görülən gənclərin təltif edilməsi mərasimi keçirilib.
Yüksək peşə hazırlığı, ictimai həyatda fəal iştirakı, əmək intizamı, eyni zamanda yüksək bilik səviyyəsi və sənət təcrübəsinə malik olan əlli istedadlı gənc AHiK-in fəxri diplomu, döş nişanı və vəsiqəsi ilə təltif olunub.
Tədbirdə çıxış edən AHiK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycanın gənclərlə bağlı dövlət siyasətinin müəyyənləşdirilməsinin ümummilli lider Heydər əliyevin adı ilə bağlı olduğunu bildirib. Eyni zamanda 2007-ci ilin ölkədə “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul olunması, Bakıda gənclər siyasəti ilə bağlı birinci qlobal forumun və digər mühüm tədbirlərin keçirilməsi Prezident ilham əliyevin gənclər siyasətinə nə qədər böyük önəm verdiyini ortaya qoyduğunu qeyd edib.
Bu gün Azərbaycan gəncləri yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edirlər. Bütün bunları nəzərə alaraq, gənc nəslin müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağının artırılması, bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər edilməsi və həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə AHiK icraiyyə Komitəsi 2015-ci ildə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclər üçün “ilin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında qərar qəbul edib.
Ötən ilin nəticələrinə görə “ilin peşəkar gənci” fəxri adına layiq görülmüş 50 nəfər istedadlı gənc AHiK-in Fəxri Diplomu, Döş nişanı və Vəsiqəsi ilə təltif olunub. Seçilənlər peşəkar fəaliyyəti dövründə yüksək bacarıq və qabiliyyətlə fərqlənənlərdir.
Keçirilən təltifetmə mərasimində Binəqədi rayonu M.ə.Rəsulzadə bələdiyyəsi Yerli Sosial məsələlər daimi komissiyasının sədri Günel Abdullazadə də təltif olunub. Gəncimizi təbrik edir və fəaliyyətində uğurlar arzu edirik.
Binəqədi rayonu M.ə.Rəsulzadə bələdiyyəsi
|
|
|
|