"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə üzvündən “incə sənət” layihəsi

--2017-05-02 / 20:45

Azərbaycan Rəssamlar ittifaqının dəstəyi, Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin və içərişəhər Dövlət Tarix Memarlıq Qoruğu idarəsinin birgə təşkilatçılığı ilə Binəqədi Bələdiyyəsinin üzvü Aysel əlizadənin “incə sənət” adlı layihəsi həyata keçirilib. Bu barədə məlumatı Binəqədi  bələdiyyəsi yayıb.

Layihə çərçivəsində “Tahir Salahovun Ev muzeyi”nə təşkil olunmuş ekskursiyada Azərbaycan Rəssamlar ittifaqının üzvü Tərlan Eyvazov, Binəqədi bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Yusif Hüseynov və rayonun fəal gəncləri iştirak ediblər.

Dünyanın məşhur muzey və qalereyalarında saxlanılan, müxtəlif sərgilərdə nümayiş etdirilən rəsm əsərləri çoxəsrlik ənənələri olan Azərbaycan incəsənətinin şöhrətini ucaltdığını qeyd edən Azərbaycan Rəssamlar ittifaqının üzvü Tərlan Eyvazov Binəqədi Bələdiyyəsinin bu əsərləri gənclərin əyani olaraq görməsini təmin etməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb.

Sonra Milli incəsənət xəzinəsinin qızıl fonduna daxil olan əsərləri ilə Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli iz qoyan müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam Tahir Salahovun Ev muzeyi ilə tanışlıq olub.

Belediyye.info

ŞƏRHLƏR