Etiraf edək ki, ermənilər təbliğat işində həmişə bizdən bir addım öndə olub və indi də elədir. Yəqin internet saytlarında 20 yanvar hadisələri ilə bağlı Azərbaycandan olan ermənilərin müsahibələrinə rast gəlirsiniz. Deyirlər ki, sovet ordusu Bakıya qoşun yeritməsəydi, azərbaycanlılar bütün erməniləri qıracaqmış. Guya 20 yanvar onlar üçün hüzn günüdür, azərbaycanlılar üçün yox... Belə informasiyaları, uydurulmuş videoları, fotoları yaymaq üçün onlar heç vaxt sponsor dəstəyindən korluq çəkmirlər. Biz isə yaşadığımız həqiqətləri özümüz özümüzə deməklə kifayətlənirik. Gələcək nəslə tariximizi ötürmək üçün bu da lazımdır. Amma daha böyük auditoriya ilə, beynəlxalq ictimaiyyətlə işləmək, tarixi hadisələri olduğu kimi çatdırmaq çox vacibdir. Bu, hamımızın borcudur.
Zahid Qasımlı
Mingəçevir bələdiyyəsinin komissiya sədri