Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin 18 iyun 2017-ci il tarixli Sərəncamına əsasən, hər il iyun ayının 18-də ölkədə “insan Hüquqları Günü” keçirilir.
Bu əlamətdar tarixi nəzərə alaraq, ötən dövrdəki fəaliyyəti bir daha nəzərdən keçirmək, əldə edilən nailiyyətləri, habelə qarşıda duran məsələləri və onların aradan qaldırılması üzrə tədbirləri müəyyənləşdirmək məqsədi ilə hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının insan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək ölkəmizdə “insan Hüquqları Aylığı” elan olunur. Aylığı keçirməkdə məqsəd əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi, onların hüquq düşüncəsinin inkişaf etdirilməsi ilə yanaşı, pozulmuş hüquqlarının bərpasına və vətəndaş cəmiyyətinin inkişafına xidmət etməkdir.
Qeyd olunanları nəzərə alaraq, Mingəçevir bələdiyyəsi bu istiqamətdə növbəti tədbirini keçirmişdir. Mingəçevir Bələdiyyəsinin Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yevlax bölməsi üzrə şöbəsi ilə birgə “Sənin hüququn-sənin haqqındır” mövzusunda reallaşdırdığı “Dəyirmi Masa”da bələdiyyə üzvləri, məscidlərin imamları, din xadimləri, məhəllə komitələrinin nümayəndələri, dini icma üzvləri iştirak edirdilər.
Bələdiyyənin sədri Coşqun Abdullayev mövzu ilə bağlı fikirlərini bildirərək, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarından danışdı. Bələdiyyənin “Yerli sosial məsələləri”daimi komissiyasının sədri Zahid Qasımlı və Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Yevlax bölməsi üzrə aparıcı məsləhətçisi əlisa Fərəcov məruzələrlə çıxış etdilər. Məruzələr ətrafında müzakirələrdə “Heydər” məscidinin imamı ələmdar Qiyasov, “Zəhra” məscidinin imamı əkbər əliyev, “Cümə” məscidinin imamı Vüsal Abdullayev, məhəllə komitəsinin sədri əbülfət Babayev, ictimai fəallardan Müşfiq Nəcəfov, Tacəddin Tağıyev, əlağa Bəkirli, Məmmədiyyə Bəkirov və başqaları öz fikir və təkliflərini bildirdilər.
Tədbirin sonunda bələdiyyə sədri “insan Hüquqları Aylığı” ərzində bələdiyyədə bir neçə tədbirin keçiriləcəyi barədə məlumat verdi.
Belediyye.info
|
|
|
|