Qaradağ rayonu Lökbatan bələdiyyəsinin təşəbbüsü ilə Lökbatan qəsəbəsində yerləşən 166 və 139 saylı orta məktəbdə tariximizin qanlı və unudulmayacaq səhifələrindən olan Xocalı faciəsinə aid tədbir keçirib. Bələdiyyədən daxil olan məlumata görə, tədbirdə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan və bu amansız soyqırımın qurbanına çevrilmiş dinc, günahsız Vətən övladlarının əziz xatirəsi yad edilmiş, faciə qurbanlarına həsr olunmuş faktlar əsasında çəkilmiş "Xoca" filmi nümayiş etdirilmiş və faciənin ağır nəticələri, sağalmaz yaraları, cinayətkar və işğalçıların layiqli cəzalarını almaları istiqamətində gələcəyimizin qurucuları olan məktəblilərin məsuliyyəti və vəzifələri haqqında çıxışlar edilmişdir.
Belediyye.info
|
|
|
|
|
|