Yevlax bələdiyyəsi:
Yevlax bələdiyyəsinin sədri Elmi Səfərliyevin Belediyye.infoya verdiyi məlumata görə, Yevlax bələdiyyəsinin üzvləri və bələdiyyə qulluqçularının iştirakı ilə Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar bələdiyyənin iclas zalında anım mərasimi keçirilmişdir: “Mərasim iştirakçıları daha sonra Xocalı abidəsini ziyarət etmiş və abidə önünə gül dəstələri qoymuşlar. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.”
Binəqədi rayon Xocasən bələdiyyəsi:
Binəqədi rayon Xocasən bələdiyyəsinin Belediyye.infoya verdiyi məlumata görə, 25.02.2017 -ci il tarixində Xocəsən bələdiyyəsinin ictimai humanitar sektorunun təşkilatçılığı ilə qəsəbədə yerləşən 217 saylı orta məktəbin 10, 11 - ci sinif şagirdləri Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət ediblər. əsas məqsəd “Xocalı soyqırımı” haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır.
Belediyye.info