Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti (GiZ ) ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi ilə birgə “Cənubi Qafqazda yerli özünüidarəetmə proqramı” çərçivəsində bələdiyyələrin bilik və bacarıqlarının artırılması məqsədilə “Bələdiyyələrdə subvensiya layihələrinin hazırlanması” mövzusunda təlimlərə start verilib.
Bu gün başlanan təlimləri giriş sözüylə açan Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadənin təklifiylə son günlər cəbhə xəttində şəhid olan əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan bələdiyyələrinin fəaliyyətinə toxunan mərkəz rəisi bələdiyyə üzvləri və qulluqçularının təşəbbüskar olmalarını diqqətə çatdıraraq, subvensiya layihələrinin hazırlanmasında bilik və bacarıqlarının artırılmasında bu tipli təlimlərin böyük əhəmiyyəti olduğunu bildirib. Bələdiyyələr daim fəal olmalı və qarşılaşdığı problemləri və həyata keçirdikləri bütün layihələri ictimailəşdirməyə maraqlı olmalıdırlar. Bununla onlar həm də ictimaiyyətə özlərini təqdim etmiş olurlar.
M.Səlimzadənin sözlərinə görə, son 3 il ərzində Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyətinin xətti (GiZ) ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin təşkilatçılığı ilə müxtəlif aktual mövzular üzrə 7 metodiki vəsait tərtib edilmiş və həmin vəsaitlər əsasında təlim proqramları hazırlanaraq ölkə üzrə bütün bölgələrdə silsilə təlimlər keçirilmiş və hər bir iştirakçı metodiki vəsaitlə təmin edilmişdir.
Təlim layihə iştirakçısı olan ekspert Ruslan Atakişiyevin və maliyyə məsələləri üzrə mütəxəsis Zöhrab Fərəcovun təqdiamtları ilə davam etdirilmişdir.
Təlimdə bildirilib ki, 2015-ci ildə yazılmış və nəşr edilmiş “Bələdiyyələrdə subvensiya layihələrinin hazırlanması üzrə bələdçi“ metodiki vəsaiti əsasında təlimlərin davam etdirilməsidir. Bu kitab praktiki nümunələr əsasında tərtib edilmiş və təkcə bələdiyyə sədr və üzvləri üçün deyil, eyni zamanda layihələrin tərtibi, maliyyələşdirilməsi və idarə edilməsinə cəlb edilmiş bələdiyyə mütəxəssisləri üçün əhəmiyyətli bir vəsaitdir. Növbəti addım kimi, hazırda təlim modulu hazırlanır və ixtisaslı və peşəkar təlimçilər seçilməkdədir. Təlimlərin ilkin olaraq şəhər və qəsəbə bələdiyyələrinin təmsilçiliri üçün keçirilməsi nəzərdə tutulur. Belə ki, şəhər və qəsəbə bələdiyyələri kənd bələdiyyələrindən fərqli olaraq subvensiya layihələrinin tərtib və idarə edilməsində daha çox resurs və potensiala malikdirlər. Bu amili nəzərə alaraq Bələdiyyələrlə iş Mərkəzinin inzibati binasında daha aktiv Bakı və Abşeron bələdiyyələrinin təmsilçiləri üçün intensiv təlimlərin keçirilməsi nəticə etibariylə bələdiyyələrə subvensiya alınmasında yardımçı olacaqdır.
Təlimdə Bakı və Bakıətrafı bələdiyyələrdən layihə tərtib etmək bacarığı olan bələdiyyə üzvləri, maliyyə sənədlərinin tərtibi ilə məşğul olan baş mühasiblərin iştirak edib.
Təlimdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Belediyye.info