"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin DSMF “dərdi”

--2015-11-19 / 12:54

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri

Azərbaycan bələdiyyəsi çətin də olsa inkişaf edir. ən əsası odur ki,  ötən dövr ərzində bələdiyyə ictimai mühitdə müəyyən nüfuz qazana bilib. Etiraf etməliyik ki, bələdiyyəmiz daha böyük layihələrin icrasına və seçiciləri arasında daha böyük nüfuza sahiblənə bilərdi. Ancaq təəsüf ki, bu zirvəyə çata bilmədi. Bunun da bəzi səbəbləri var.  Uzun illər bu istiqamətdə çalışdığımdan bəzi məqamlara aydınlıq gətirmək istərdim.

Bələdiyyələrin fəaliyyətiylə bağlı araşdırmalardan belə qənaətə gələ bilərik ki,   bələdiyyələrin qarşılaşdığı problemlərin kökündə dayanan səbəblərdən biri də qanunlarda və normativ-hüquqi sənədlərdə olan boşluqlardır desək yanılmarıq.  Dövlət Sosial Müdafiə Fonduna aid hüquqi-normativ sənədlərdəki sərt tələblərin olması onlardan biridir.

Apardığımız təhlıl və araşdırmalardan məlum olur ki, bu gün rayonlarda formalaşdırılan bələdiyyələrin 65 -70 %-nin bank  hesabına qadağa qoyulub. Məhz bu addımın yəni “inkassa”nın qoyulması nəticəsində bələdiyyə hər hansı şəkildə addım ata bilmir. Bələdiyyə büdcəsinə daxil olan vəsait ancaq borcun silinməsinə yönəldilir. Sösüz,  burada qəribə bir şey yoxdur. Və biz bunu yazmaqla hər hansı formada özümüzdən  “yeni Amerika” açmaq niyyətində deyilik. Niyyətimiz vəziyyətdən real çıxış yollarını müəyyən etməkdir.

Nəzərə alaq ki,  DSMF-yə olan borclar ayrıca hesabatı aparılmadığından bu gün  konkret bələdiyyə sisteminin bu orqana nə qədər borcu olduğunu müyyən etmək mümkün olmayıb. Bildiyimiz qədər hazırda bələdiyyələrin DSMF-yə olan borcləriın həcmi 2000 –200.000 manat arasında dəyişir.

Və bu borcların xeyli bir hissəsi  isə borcdan yaranan fazizlərdir. 35 min manat  borcu olan təşkilata əlavə olaraq 45 faiz “yüklənib”. Nəticədə bələdiyyənin fəaliyyəti iflic vəziyyətə düşüb.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvindən yaranan “süni,  məqsədli və məqsədsiz boşluqlardan, ləngimələrdən” sonra yerlərdə bələdiyyənin vəziyyəti daha acınacaqlı duruma düşüb. Bu hal  2008- ci ildə baş vermiş  böhrandan da ağırdır.

Bəzi məqamlara toxunaq. Öncə qeyd edək ki, borc niyə yaranıb?

  1. ilk olaraq 1999 cu ildə birinci bələdiyyə seçkilərindən sonra formalaşan bələdiyyələrdəki təcrübəsizliyi qeyd etmək lazımdır. Həmin dövrdə nizamsızlıq, qanunların, habelə qanunlardan doğan icra mexanizmlərinin hazırlanmasındakı  ləngimələr, səriştəsizlik və ən nəhayət məsuliyyətsizlik nəticədə borclanmanı yaratdı. Bu başa düşüləndi. Bir tərəfdən təcrübənin olmaması, ikinci bir tərəfdən “icra başçılarının”  hansısa tapşırığının sürətlə yerinə yetirmə arzusu nəticədə işçiləri əməkhaqqsız qoydu,  bələdiyyələrdə isə kifayət qədər borc yaratdı.
  2. Bu gün yeni seçilən bələdiyyə sədrlərinin müəyyən qisminin çətin vəziyyətə düşməsinin bir səbəbi də keçmiş sədrlərin əməkhaqqlarının almaması ilə bağlıdır. Guya DSMF yə ödəniş edilsə də, sədr və onun ətrafı hər hansı formada əməkhaqqı almadığından bu gün bəzi bələdiyyələrin keçmiş sədrlərə kifayət qədər borcu yaranıb. Belə halların təkrarlanmaması üçün məhz DSMF –yə aid normativ-hüquqi sənədlərdə əməkhaqqını ödənilməsi tələbinin qoyulması məqsədəuyğun olardı. Bu tipli saxta və məsuliyyətsiz addımların  qarşısı məhz bu cür alına bilər.
  3. Bundan başqa bələdiyyələrin birləşdirlməsindən də yaranan borclarda kifayət qədərdir. Yəni iki borclu bələdiyyə digər bələdiyyələrə birləşdiriləkən birdən birə borclu quruma çevrilib.  Bu tipli məqamların olmaması ilə bağlı da addımın atılması ümumi işin xeyrinə ola  bilər.

Biz qısa şəkildə bəzi məqamlara toxunduq.

Ancaq bələdiyyələrdəki böhran hazırda davam edir. Və hər bir  mərkəzi icra orqanı bu borcun silinməsiylə bağlı addımlar atmağa borcludur. Tək “inkassa” qoymaqla problemin həlli mümkün deyildir.  “Xəstəliyin” diaqnozu qoyulmalı və müalicəsinə başlanılmalıdır...

Yuxarıda qeyd etdiyimiz məqamlardan bəzi təklifləri də bildirməyi özümüzə borc bilirik.

Birincisi faizlərin hesablanması məsələsinə toxunaq.

illik dövrüyyəsi on min  manat olan bələdiyyənin 20 min manat borcunun ödənişi hazırda mümkün deyildir. ilk olaraq bu istiqamətdə işlək mexanizm işlənilməldir. Yəni borca görə hər hansı formada peniya hesablanaması istisna hal kimi bələdiyyələrə də şamil edilməməlidir. Bu addım müvəqqəti xarakter də ala bilər. Bundan əlavə bu qədər borcun yaranmasına imkan verilməməlidir. ikincisi, bələdiyyə sədrləri arasında maarifləndirmə işlərinin aparılması məqsədəuyğun hesab edilməlidir. Yəni sədr və mühasiblərə işə götürülən hər bir işçiyə görə, müvafiq qurumlara vaxtında ödənişin edilməsinin zərurliyi izah edilməlidir. Maliyyəsizlik dövründə hədər yerə borcların yaranmasına imkan verilməməlidir.

Ümumən isə bu günədək yaranmış borcların silinməsiylə bağlı  prezident fərmanının imzalanması nəticədə bələdiyyə sisteminin inkişafına təkan verə bilər.

inanmaq olar ki, son iki ildə bələdiyyələrin inkişafına söykənən onlarca hüquqi sənədə imza atan cənab prezident bu addımiyla bələdiyyələrə çox böyük bir güzəşt etmiş olacaqdır. Bu addım həmdə bələdiyyələri daha məsuliyyətli olmağa səsləyəcəkdir.

 

 

ŞƏRHLƏR