"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyənin təşkilatçılığı ilə qəsəbədə “26 iyun Silahlı Qüvvələr günü”nə həsr olunmuş tədbir keçirilib

--2021-06-26 / 08:51

Xəzər rayonu Buzovna bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbədə “26 iyun Silahlı Qüvvələr günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbir yeni istifadəyə verilmiş “şəhid bulağı”nın qarşısında baş tutub. Qeyd edək ki, bələdiyyə iclasının qərarıyla istifadəyə verilən kompleksdə şəhidin xatirə lövhəsi də vurulub. Qəsəbənin Çingiz Mustafayev küçəsi 10a ünvanında istifadəyə verilən bulağın ətrafın da səliqə səhman yaradılmış və gül kolları əkilmişdir. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Tədbir iştirak edən bələdiyyənin sədr müavini israfil Hüseynov, ilk seçkidən bələdiyyə üzvü olan əfrasiyab əmirov, şəhid ailəsinin üzvləri və qazilər Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan ilham əliyevin qətiyyətli addımlarından danışaraq ordumuzun öz missiyasını şərəflə yerinə yetirdiklərini dilə gətiriblər. 44 günlük müharibədə Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi.

Tədbir iştirakçıları Buzovna bələdiyyəsinin bu addımını yüksək dəyərləndirmiş və bu işdə hər zaman bələdiyəyə dəstək olacaqlarını xüsusi olaraq qeyd etmişlər.

Xatırladaq ki, M.Kərimov torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib və 7 oktyabr 2020 tarixində qəhrəmancasına şəhid olub.

Bələdiyyədən o da bildirilib ki, bələdiyyə iclasının qərarıyla ilin sonundək digər şəhidlərə həsr olunmuş bulaqların istifadəyə verilməsi qərara alınıb.

Belediyye.info

ŞƏRHLƏR