Səbail rayonu Bibiheybət bələdiyyəsinin təşkilatçılığı ilə “26 iyun Silahlı Qüvvələr günü”nə həsr olunmuş tədbir keçirilib.
Qəsəbə ərazisindəki istirahət məkanlarından olan “Dərya” Balıq evinin dəstəyi ilə keçirilən görüşdə Birinci və ikinici Qarabağ müharibəsinin iştirakçıları və qaziləri iştirak ediblər.
Tədbirdə həmçinin qonşu Səbail bələdiyyəsinin və Səbail RiH-in Bibiheybət qəsəbəsi üzrə icra nümayəndəliyinin rəsmiləri də təmsil olunublar.
Görüşdə çıxış edən Bibiheybət bələdiyyəsinin sədri Validə Həsənova bildirib ki, Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan cənab ilham əliyevin qətiyyətli addımlarıyla öz şərəfli missiyasını yerinə yetirdi. Azərbaycan Ordusu 27 sentyabr tarixindən şərəfli missiyasını icra edərək düşməni torpaqlarımızdan qovdu. 44 günlük müharibədə Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi. Ölkəmiz müharibədə Zəfər çaldı.
Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən tarixi nailiyyətlərə imza atdı və dünyaya sübut etdi ki, ədalətin qarşısında heç bir saxtakarlıq qalib gələ bilməz.
Daha sonra bələdiyyə sədri tədbir də iştirak edən hər müharibə işirakçısına bələdiyyə iclasnın qərarıyla hazırlanan “Təşəkkürnamə”lər təqdim edib.
Tədbir çay süfrəsi arxasında davam etdirilib.
Belediyye.info