"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsi "Cümhuriyyət və gənclər siyasəti ” mövzusunda tədbir keçirib

--2018-02-02 / 10:41

Binəqədi rayon Biləcəri bələdiyyəsinin ictimai - humanitar məsələlər sektorunun təşəbbüsü və dəstəyi, o cümlədən  "ətirşah" restoranının təşkilatçılığı ilə 2 fevral – Gənclər Gününə həsr olunmuş "Cümhuriyyət və gənclər siyasəti ” mövzusunda tədbir keçirilib. Bu barədə məlumatı Biləcəri bələdiyyəsi yayıb.
Tədbirdə Biləcəri bələdiyyəsi sədrinin birinci müavini Samirə Həsənova, icraçı katib Leyla Mədətova, Biləcəri bələdiyyəsinin ictimai-humanitar məsələlər sektorunun müdiri Sevinc ilysova, 299 saylı məktəb-liseyin tarix müəlliməsi Yeganə Rəcəbova, və qəsəbə gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Samirə Həsnova “Gənclər günü” münasibətilə gəncləri təbrik edərək bildirdi ki, Ümummilli lider Heydər əliyev gənclərlə bağlı siyasətini ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Bu gün də gənclər siyasəti prezidentimiz cənab ilham əliyev tərəfindən uğurla həyata keçirilir.

Gənclərə gələcək uğurları arzulayan Samirə Həsənova daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edilən video çarx nümayiş edildikdən sonra Yeganə xanım Rəcəbova mövzu ilə bağlı tarixi faktlara dayanaraq bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövr tariximizin ən şanlı və parlaq səhifələrindəndir. Bu baxımdan Prezident ilham əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi böyük əhəmiyyətə malik olduğunu bildirmişdir.
Tədbirin sonunda gənclər üçün hazırlanmış tort kəsilərək xatirə şəkilləri çəkilmişdir.

Belediyye.info

ŞƏRHLƏR