"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsi: “Biləcəri bizim evimizdir və biz evimizin təmizliyi üçün əlimizdən gələni edirik”

--2016-06-09 / 22:11

Binəqədi rayon Biləcəri bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyənin xidmət sahəsinin əməkdaşları tərəfindən  Biləcəri qəsəbəsi R.ismayılov küçəsində yol kənarında sıradan çıxmış taxta dekorasiyalar yeniləri ilə əvəz edilib. Bununla yanaşı gün ərzində  Avtovagzalın yanındakı körpünün ətraf və alt hissəsində əməkdaşlarımız tərəfindən təmizlik, abadlıq işləri görülüb.

Sakinlərə müraciət edən bələdiyyə qeyd edir ki, Biləcəri bizim evimizdir və biz evimizin təmizliyi üçün əlimizdən gələni edirik.

Məhz bu səbəbdən əməkdaşlarımız bu gün  A.Zeynallı küçəsində təmizlik işlərini davam etdiriblər.

Belediyye.info

ŞƏRHLƏR