"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəridə küçələr “qanunsuz zəbt”lərdən xilas edilir

--2015-11-30 / 22:58

Binəqədi rayon Biləcəri bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, bələdiyyə qəsəbə icra nümayəndəliyi ilə birgə qəsəbə ərazisindəki küçələrdə  gediş-gəlişə maneə yaradan ərazilərin  təmizlənməsinə başlanılıb. Bu gün belə bir addım qəsəbənin Yusif imanov küçəsində  həyata keçirilib.

Prosesdə iştirak edən bələdiyyə sədri Hikmət Quliyev və Binəqədi Rih-in Biləcəri qəsəbəsi üzrə nümayəndəsi ibad ibrahimov sakinlər arasında danışıqlar apararaq bu addımın atılmasının zəruriliyi izah edilərək gələcəkdə belə addımın atılmasının qanunla ciddi ölçü götürülücəyini bildiriblər.

Gün ərzində beşdən artıq ərazi belə tor məftillərlə bərkidilmiş dirəklərdən azad edilrək küçə gediş- gəliş üçün yaralı vəziyyətə gətirilib.

Bələdiyyə sədri Hikmət Quliyevin sözlərinə görə, bu addım  birinci növbədə sakinlərin rahatlığı üçün nəzərdə tutulub. Belə ki, artıq avtomobillərdə həmin ərazilərdən rahatlıqla keçə bilirlər.  ikinci bir tərəfdən ərazidən təcili yardım və yanğınsöndürəın maşınların hərəkətidə  rahatlıqla olacaqdır.

Belediyye.info

ŞƏRHLƏR