"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləsuvar bələdiyyəsinin bir qrupu üzvü nazirlərə və Milli Məclis üzvünə müraciət edib: DOTASiYA iLə BAÄžLI

--2020-04-14 / 06:40

Müaciətdə deyilir:

Azərbaycan Respublikasının Milli Məclisinin

üzvü cənab Bəhruz Məhərrəmova

Surəti: Azərbaycan Respublikasının iqtisadiyyat

Naziri cənab Mikayıl Cabbarova

Surəti: Azərbaycan Respublikasının Maliyyə Naziri

Cənab Samir şərifova

     Hörmətli deputatımız Bəhruz Məhərrəmov!

Bildiyiniz kimi dünyada yayılmış COViD-19 pandemiyası ilə əlaqədar olaraq Bələdiyyələrin də fəaliyyətində məhdudiyyət yaranmışdır. Belə ki, əhalidən əmlak və torpaq vergisinin toplanması vəziyyətlə əlaqədar dayandırılmışdır. Bildiyiniz kimi Bələdiyyələr özünümaliyyələşdirmə üsulu ilə fəaliyyət göstərir və bu maliyyələşmə də əmlak və torpaq vergisindən toplanır. Onsuzda Bələdiyyələrin maliyyə vəziyyətində çətinliklər çoxdur, pandemiya ilə əlaqədar daha da ağırlaşmışdır. Bütün bunlara baxmayaraq Bələdiyyənin üzv və qulluqçuları rayonda yaradılmış pandemiyanın yayılmasının qarşısının alınması tədbirlərində könüllü olaraq iştirak edir və əhali arasında maarifləndirmə işi aparmaqla fəaliyyət göstərir.

Hörmətli Bəhruz müəllim, millət vəkili olduğunuz Biləsuvar rayonunda 23 bələdiyyə fəaliyyət göstərir 70 nəfərə yaxın Bələdiyyə üzvü və qulluqçusunun əmək haqqı almasında ciddi problemlər yaranmış bu da onların sosial vəziyyətinin kəskin pisləşməsinə gətirib çıxarmaqdadır.

Bütün bunları nəzəra alaraq Sizdən xahiş edirik öz səlahiyyətinizdən istifadə edərək hökümət qarşısında Bələdiyyələrə iki aylıq (aprel, may) əmək haqqı üçün dotasiya ayrılmasına köməklik edəsiniz. Bələdiyyələrə bu köməkliyi etməklə Bələdiyyə üzv və qulluqçularının özləri və ailə üzvlərinin rifah halının yaxşılaşdırılmasına töhvə verəcəkdir və bizlər bundan sonra da millətimizin və dövlətimizin qüdrətlənməsində daha da fəallıq göstərəcəyik.

   əvvəlcədən öz minnətdarlığımızı bildiririk.

  1. Biləsuvar Bələdiyyəsinin sədr müavini:                       M.H.Qədirov
  2. Biləsuvar Bələdiyyəsinin üzvü:                                     S.R.Ağayeva
  3. Biləsuvar Bələdiyyəsinin qulluqçusu:                           N.X.Rəhimov
  4. Biləsuvar Bələdiyyəsinin qulluqçusu:                            B.ə.Abasov
  5. Biləsuvar Bələdiyyəsinin qulluqçusu:                           T.Z.Məlikov

 

 

ŞƏRHLƏR