"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyələri “Birgə yaradır”

--2015-11-30 / 16:50

 “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində “Birgə Yaradaq” layihəsinin təşəbbüsü ilə ağacəkmə aksiyası davam edir. Bu barədə məlumatı Binəqədi rayon Xocasən bələdiyyəsinin sədri Anar Abbasov bildirib.

Onun sğzlərinə görə, növbəti belə bir addım Binəqədi rayonunun Xocasən qəsəbəsi, Motodrom yaşayış massivi , Bakı Atıcılıq Mərkəzinin yaxınlığındakı ərazidə təşkil edilib.

Sədrin sözlərinə görə, təbiəti qorumaq hər kəsin insanlıq borcudur deyib. Binəqədi rayonu bütün bu ənənələrə sadiq qalaraq Heydər əliyev Fondunun vitse-prezidenti, “iDEA” ictimai Birliyinin təsisçisi və rəhbəri Leyla əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində paytaxtın Binəqədi rayonunda bundan sonra da davam etdirəcəkdir.”

Xatırladaq ki, bu aksiyada Binəqədi RiH-in rəsmiləriylə yanaşı, rayonda formalaşan beş bələdiyyənin- Biləcəri, Binəqədi qəsəbə, Binəqədi bələdiyyəsi, Xocasən, M.ə.Rəsulzadə bələdiyyəsinin sədrləri, bələdiyyə üzvləri və bələdiyyə  qulluqçuları    iştirak edib.  

Belediyye.info

ŞƏRHLƏR