"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyəsi “Yel çərşənbəsi”ni qeyd edib

--2018-03-14 / 17:56

“Xalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyini özündə əks etdirən bu bayram münasibətilə martın 13-də Binəqədi Rayon icra Hakimiyyətinin dəstəyi və Bələdiyyəmizin təşkilatçılığı ilə “Yel çərşənbəsi”-ni 2 saylı Evtikmə Kombinatının istirahət zonasında və Muğan sanatoriyasında məskunlaşmış Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlərlə birlikdə qeyd etdik”- bu fikirləri Belediyye.infoya Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı deyib.

Tədbirdə həmçinin Qaçqınların və Məcburi Köckünlərin işləri üzrə Dövlət Komitəsinin Binəqədi rayon sektorunun müdiri Abış Məmmədov, Binəqədi RiH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, bələdiyyənin sədr müavinləri Sabir Həsənov, Rasim Gözəlov və bələdiyyə quluqçuları iştirak edib.

Keçirilən şənlikdə Novruzun personajları olan Kosa və Keçəl məzəli əhvalatlarından ibarət kompazisiyalar nümayiş olunub.

Belediyye.info

ŞƏRHLƏR