"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyəsi “Yerli Demokratiya Həftəsi"nə ciddi hazırlaşıb

--2016-10-31 / 09:24

Binəqədi rayonu Binəqədi Bələdiyyəsi “Azərbaycanda Yerli Demokratiya həftəsi”nə ciddi hazırlaşıb. Demokratiya həftəsi ilə bağlı tədbirlər planı artıq hazırdır. Tədbirlər planı Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının “2016-cı ilin oktybarın 31-dən noyabrın 5-dək “Azərbaycanda Yerli Demokratiya həftəsi” çərçivəsində bələdiyyələrdə həyata keçiriləcək tədbirlərə dair tövsiyələr” əsasında hazırlanıb. Və bələdiyyə iclasında geniş müzakirə olunaraq təsdiq edilib.

Ötən il olduğu kimi, bu il də tədbirlər planı zəngindir. Nəzərdə tutulan plana əsasən, həftə ərzində Binəqədi Bələdiyyəsi tərəfindən müxtəlif tədbirlər keçiriləcək, sosial layihələr gerçəkləşdiriləcək, seçicilərlə görüşlər təşkil olunacaq. “Açıq qapı günləri” də tədbirlər planında əsas yer tutur. Noyabr ayının 1-də  “Açıq qapı günləri”ndə sakinlər səhər saat 09:00-dan axşam saat 17:00-dək qəbul ediləcək, onları narahat edən məsələlər, problemlər, eyni zamanda təkliflər dinləniləcək.

Həftə ərzində vətəndaşlarla operativ əlaqənin təmin edilməsi məqsədi ilə 012-562-85-16 nömrəli “qaynar xətt” də fəaliyyət göstərəcək, “qaynar xətt” vasitəsi ilə qaldırılan məsələlər qeydə alınacaq və operativ şəkildə cavablandırılacaq.

Eləcə də Bələdiyyənin inzibati binasında və ərazinin müxtəlif yerlərində “poçt qutuları” yerləşdiriləcək. Seçicilərimiz öz təklif və iradlarını “poçt qutuları” vasitəsilə də bizə ünvanlaya biləcəklər.

Artıq Bələdiyyənin inzibati ərazisində “Yerli Demokratiya həftəsi”ndə fəal iştirak edək!”, “Vətəndaşların yerli özünüidarəetmədə iştirakını təmin edək!” və s. şüarlar yazılan plakatlar da asılıb ki, bu da Həftə haqqında sakinlərimizi məlumatlandırma xarakteri daşıyır.   

Qeyd edim ki, “Yerli Demokratiya həftəsi”nin seçicilərin yerli əhəmiyyətli məsələlərlə bağlı problemlərinin həllində, vətəndaş-bələdiyyə, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsində, vətəndaşların bələdiyyələrin fəaliyyətində iştirakının təmin edilməsi və onların müraciətlərinə baxılmasında əvəzsiz rolu var.

Dəyərli sakinlər!

Siz də bu aksiyada fəal iştirak edin, Vətəndaşların yerli özünüidarəetmədə iştirakını bizimlə birgə təmin edin!

Sitarə CABBARLI

Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sədri

 

 

* * * *

ŞƏRHLƏR