01 iyun tarixində Binəqədi rayonu, Heydər əliyev adına istirahət parkında Binəqədi Rayon icra Hakimiyyətinin dəstəyi, M.ə.Rəsulzadə bələdiyyəsinin ictimai-humanitar sektorunun, Binəqədi Rayon Gənclər və idman idarəsinin və “Azline” Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “ 1 iyun Uşaqların müdafiəsi günü” münasibəti ilə “Dünya bizim dünyadır” adlı tədbir keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Tədbirdə Rayon icra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov, “Azline” Tədris Mərkəzinin direktoru Anar Zərbiyev, rayon sakinləri və balacalar iştirak etdilər.
ilk öncə tədbirin aparıcısı tədbiri açaraq proqram haqqında məlumat verib.
Tədbirdə çıxış edən M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə uşaqları təbrik edərək qeyd edib ki, Azərbaycan uşaqlarına qayğı hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Prezident ilham əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident ilham əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir.
Uşaqlara qayğı Heydər əliyev Fondunun da əsas prioritetlərindən biridir. Azərbaycanın birinci xanımı Mehriban əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır.
Daha sonra çıxış edən Gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov, “Azline” Tədris Mərkəzinin direktoru Anar Zərbiyev ən xoş arzularını bildirərək, uşaqları təbrik ediblər, qeyd olunub ki, uşaqlar, Azərbaycanın bugünkü gəncləri Azərbaycanın gələcəkdə dəyərli, layiqli vətəndaşları olacaqlar, müstəqil Azərbaycanı qoruyacaqlar, inkişaf etdirəcəklər, irəliyə aparacaqlar və yüksəklərə qaldıracaqlar.
Sonra uşaqların ifasında nağıl qəhrəmanları canlandırılaraq müxtəlif kompozisiyalar, şeir, musiqi və rəqslər nümayiş olunub.Təqdim olunan kompozisiyalar insanlar tərəfindən xoş qarşılanıb.
Tədbirin sonunda Binəqədi rayonunun istedadlı gənc sakini mahnı ifa edib, klounlar uşaqları əyləndirib.
Belediyye.info
|
|
|
|
|
|
|
|