"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi də “Gənclik həftəsi” layihəsinə iməcilik aksiyası ilə start verilib

--2017-08-07 / 13:39

Binəqədi rayonunda 12 Avqust - “Beynəlxalq Gənclər günü” münasibətilə “Gənclik həftəsi” layihəsinə iməcilik aksiyası ilə start verilib.  Bu barədə məlumatı Binəqədi RiH yayıb.

12 Avqust - “Beynəlxalq Gənclər günü” münasibətilə Binəqədi Rayon icra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə start verilmiş “Gənclik həftəsi” layihəsi çərçivəsində akademik Zərifə əliyeva adına istirahət parkı, “Zeytunluq” adlanan ərazi və Mir Cəlal küçəsi 3, 5,7, 9, 11, 15 ünvanlarında iməcilik aksiyası keçirilib. Aksiyada Binəqədi rayon icra hakimiyyətinin gənc əməkdaşları, Gənclər və idman idarəsinin kollektivi, YAP Binəqədi rayon təşkilatının fəal üzvləri, 2 saylı Sahə inzibati ərazi Dairəsi üzrə nümayəndəliyin, Mənzil-Kommunal istismar Sahələrinin əməkdaşları və ASAN könüllüləri iştirak ediblər. Aksiya zamanı Binəqədi gəncləri M.Cəlal küçəsi 3, 5, 7, 9, 11, 15 saylı binaların həyətlərində, məhəllədaxili parklarda və o cümlədən 6 mikrorayon Zeytunluq ərazisində təmizlik işləri apardılar. Aksiya çərçivəsində ətraf mühit insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizləndi, abadlıq işləri görülüb.Binaların həyətindəki uşaq qurğuları, oturacaqlar, söhbətgahlar təmizlənərək rəngləndi. Eyni zamanda “Çoxmənzilli binaların təmiri” tədbirlər planına əsasən təmir edilmiş M.Cəlal küçəsində yerləşən binaların bloklarının  girişlərində də təmizlik işləri həyata keçirilib. Aksiya zamanı gənclərin bu təşəbbüsü sakinlər tərəfindən maraqla qarşılanmış və onlar bu nümunəvi addıma görə gənclərə təşəkkür ediblər.

Aksiya bitdikdən sonra çay süfrəsi ətrafında gənclər üçün əyləncəli proqram təşkil edilmiş və aksiya xoş anlarla yekunlaşmışdır.

Belediyye.info

ŞƏRHLƏR