Binəqədi rayon icra Hakimiyyətinin və Binəqədi rayon bələdiyyəsinin təşkilatçılığı ilə 28 May Respublika Günü münasibətilə rayonun azyaşlı sakinlərinin iştirakıyla “Hərəyə bir bayraq verək” aksiyası keçirilib. Bu barədə məlumatı Binəqədi bələdiyyəsi yayıb.
“Hərəyə bir bayraq verək” aksiyası rayonun 158 saylı körpələr evi –uşaq bağçasının balaca fidanlarının iştirakı ilə baş tutmuşdur.
Balaca fidanlar hərbi formada ilk öncə Çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında girişlərində, dam və zirzəmilərində təmir işləri aparılan yaşayış binalarının sakinləri ilə görüşmüş və onlara bayraqlar hədiyyə etmişdirlər.
Daha sonra əraziləri gəzərək əllərindəki üçrəngli bayraqları veteranlara, qocalara, təqaüddə olan ağsaqqallara, məktəblilərə, səhiyyə sahəsində çalışan işçilərə, rayonun musiqi mərkəzlərində çalışan əməkdaşlara, o cümlədən, ərazidə Azadlıq prospekti boyunca çalışan fəhlələrə, avtobus dayanacaqlarında duran sürücülərə və öz həmyaşıdlarına paylayıblar. Bütün sakinlər tərəfindən maraqla qarşılanan “Hərəyə bir bayraq verək” aksiyası hamıda şən əhval yaratmışdır.
Aksiyanın sonunda Binəqədi rayon bələdiyyəsi tərəfindən balaca fidanlara çay süfrəsi təşkil edilmişdir
Belediyye.info