Binəqədi rayonunda səhiyyə müəssisələri ilə “Sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı” toplantı keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Keçirilən toplantıda Binəqədi rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva, Aparatın ictimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Aparatın ictimai – siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları Leyla Kərimova, Seymur Hacıyev, səhiyyə müəssisələrinin rəhbərləri və həmin müəssisələrin facebook səhifələrini idarə edən adminlər iştirak ediblər.
Çıxış edən Binəqədi rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva sosial şəbəkələrdə işin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı geniş məlumat verib.
Natiq qeyd edib ki, qloballaşan dünyada mediada təzahür edən yeniliklərdən biri də sosial şəbəkələrdir. Sosial şəbəkələrin informasiya məkanında rolu getdikcə artır. Dünyanın aparıcı informasiya agentlikləri sosial şəbəkələrə çıxışı təmin etmək üçün öz səhifələrində onların linkini yerləşdirir. Sosial şəbəkələr insanlara ünsiyyətdə olmaq, əlaqə qurmaq imkanı verir. informasiyanın siyasi proseslərə və münasibətlərə, beynəlxalq və ölkədaxili ictimai rəyə təsir imkanları genişdir. Rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin də bu işdə aktiv olması olduqca vacib məsələlərdən biridir.
Toplantının sonunda BRiH Aparatının ictimai – siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova tərəfindən facebook səhifələrini idarə edən adminlər üçün maarifləndirici təlim keçirilib. Təlim zamanı “sosial şəbəkələr nədir və əhəmiyyəti nədən ibarətdir? , “Səhifədə aktivlik necə olmalı”?, “Səhifənin təhlükəsizlik qaydaları”, “Səhifəni işlətmək qaydaları”, “Səhifənin təhlili necə aparılmalı”, Səhifənin hesabatlığı və operativlik” haqqında geniş məlumat verilib.
Belediyye.info