"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi də təmizlik aksiyası keçirilib- “çimərliklərimizi təmiz saxlayaq”

--2017-06-12 / 17:04

iDEA ictimai Birliyinin,  Binəqədi rayon icra Hakimiyyətinin, “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinin, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının və Binəqədi bələdiyyəsinin birgə təşkilatçılığı ilə Binəqədi rayonu Novxanı çimərliyinin sahilboyu ərazisində “Çimərliklərimizi təmiz saxlayaq” şüarı altında təmizlik aksiyası keçirilib. Bu barədə məlumatı Binəqədi bələdiyyəsi  yayıb.

Təşkilatçı qurumların əməkdaşlarının, könüllü gənclərin də qatıldığı təmizlik aksiyasında ümumilikdə 250-dən çox fəal iştirak edib. iməcilikdə ərazi məişət tullantılarından təmizlənərək xüsusi zibil torbalarına yığılıb və əvvəlcədən ayrılmış nəqliyyat vasitələri ilə ərazidən daşınıbdır.
Təmizlik aksiyasının keçirilməsində əsas məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə marifləndirilməsini və təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda bu işə digər qurumları və əhalini cəlb etməkdir.
Qeyd edək ki, Binəqədi rayon icra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və idea ictimai Birliyinin birgə təşkilatçılığı ilə mütəmadi olaraq bu cür aksiyalar keçirilir. ətraf mühitin qorunması, təbiətdən və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirir.
Aksiya bitdikdən sonra aksiya iştirakçıları üçün çay süfrəsi təşkil edilib.

Belediyye.info

ŞƏRHLƏR