"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi gəncləri  IV islam Həmrəylik Oyunlarının sosial  şəbəkələrdə  necə təbliğ edəcəklər?

--2017-04-24 / 13:21

Binəqədi rayonunda IV islam Həmrəylik Oyunlarının Sosial  şəbəkələrdə təbliğat kampaniyası ilə bağlı toplantı keçirilib.  Bu barədə məlumatı Binəqədi RiH yayıb.  

Məlumatda qeyd edilir ki, keçirilən toplantıda Binəqədi rayon icra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Binəqədi rayon icra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Binəqədi rayon icra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri, YAP Binəqədi rayon təşkilatının fəal üzvləri, icra nümayəndələri, bələdiyyələrin səhifələrini idarə edən adminlər iştirak ediblər.

ilk öncə toplantını açıq elan edən Binəqədi rayon icra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov toplantı haqqında geniş məlumat vermiş və bildirmişdir ki, gənclər sosial şəbəkələrdə düzgün istifadə etməklə ölkəmizin təbliğatını aparmalıdırlar. islam Oyunları zamanı gənclərimizi fəal olmağa dəvət edən natiq bu gün keçirilən təlimin onlar üçün maarifləndirici olacağını diqqətə çatdırıb.

Daha sonra çıxış edən Binəqədi rayon icra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Binəqədi rayonun rəsmi facebook səhifəsi haqqında geniş məlumat vermiş, IV islam Həmrəylik Oyunlarının Sosial  şəbəkələrdə təbliğat kompaniyası ilə bağlı gənclərimizi aktiv olmağa dəvət edib. Natiq rayonda gənclərin bu sahədə aktiv olması üçün müəyyən edilmiş haştaglar haqqında geniş məlumat verib.

 Sonra Binəqədi rayon icra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri Azər Ağayev və Səma Tağıyeva “Gəlin Həmrəy olaq “ adlı təqdimat etmişdirlər.

 Çıxışlardan sonra toplantını 7 news.az saytının rəhbəri Səbuhi Abbasov davam etdirib. S.Abbasov  “Sosial şəbəkələrdə saytlardan düzgün istifadə qaydaları”, “Saytlarla əməkdaşlığın düzgün aparılması üçün vacib olan amillər”, “Sosial şəbəkələrdə təhlükəsizlik qaydaları”, “sosial medianın əhəmiyyəti”, IV islam Həmrəylik Oyunlarının Sosial  şəbəkələrdə təbliğat kompaniyası  mövzuları əsasında geniş məlumat verib.

Mövzu ətrafında gəncləri maraqlandırılan suallar cavablandırılmış və təlim diskussiya şəkilində davam edib.

Belediyye.info

 

ŞƏRHLƏR