"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi gənclərinin “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyası təşkil olunub

--2017-04-02 / 20:51

31 “Mart-azərbaycanlıların soyqırımı günü” Binəqədi Rayon icra Hakimiyyəti, Binəqədi rayon Gənclər və idman idarəsi və Xocəsən bələdiyyəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun “Memorial Soyqırımı Muzeyi”nə ekskursiyalar təşkil olunub.

Bu barədə məlumatı Binəqədi rayon Xocasən bələdiyyəsi yayıb.

Ekskursiyada Binəqədi Rayon Gənclər və idman idarəsinin baş məsləhətçisi Rüfət əhmədov, Xocəsən bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Pərvanə Gözəlova, bələdiyyənin ərazisində yerləşən 103, 217 və 313 â„–-li tam orta məktəbin şagirdləri, Binəqədi rayon Gənclər və idman idarəsində təcrübə keçən 18 nömrəli Bakı Peşə Liseyinin kompyuter operatorluğu və veb-dizayn fakültələrinin tələbələri iştirak ediblər.

Ziyarətçilər muzeylə tanış olduqdan sonra akt zalında xalqımıza qarşı törədilmiş soyqırımdan bəhs edən videoçarxa baxıblar

Belediyye.info

ŞƏRHLƏR