Bununla bağlı Binəqədi qəsəbə bələdiyyəsi hesabatı Belediyye.infoya göndərib. Hesabatı olduğu kimi təqdim edirik.
***
|
Sıra â„–-si |
Bələdiyyənin adı |
əhalisi (nəfər) |
Vətəndaşlarla keçirilmiş görüşlərin sayı |
Görüşlərdə iştirak etmiş vətəndaşlar (nəfər) |
Bələdiyyələrdə qəbul edilmiş vətəndaşlar (nəfər) |
|
|
Binəqədi qəsəbə bələdiyyəsi |
70000 |
16 |
388 |
37 |
|
Cəmi |
70000 |
16 |
388 |
37 |
|
əLAVə QEYD: Yerli Demokratiya Həftəsi çərçivəsində Binəqədi qəsəbə Bələdiyyəsi sadəcə vətəndaşların qəbulu ilə kifayətlənməmiş, həmçinin, bir sıra sosial layihələr həyata keçirmişdir. Belə ki Binəqədi qəsəbə Bələdiyyəsi:
- 12 oktyabr tarixində qəsəbənin əhali ilə sıx küçələrinə “Poçt qutusu” yerləşdirmiş;
- Könüllülərin köməyi ilə bələdiyyənin qaynar xətt nömrəsini və elektron poçt ünvanını sakinlərə təqdim etmiş;
- 15-16 oktyabr tarixlərində “Bələdiyyəni tanı” adı altında qəsəbə daxilində yerləşən 179, 182 və 205 saylı orta ümumtəhsil məktəblərinin 9, 10 və 11-ci sinif şagirdlərinin Binəqədi qəsəbə Bələdiyyəsinə gələrək, bələdiyyənin Təsərrüfat, Bələdiyyə gəlirləri və Yerli vergilər, eləcə də Ümumi şöbələrindəki iş prosesi ilə tanışlığını təmin etmiş;
- I mədən 14-cü korpus ünvanında sakinlərin rahat gediş-gəlişi naminə qəsəbədaxili 2 km məsafəyə asfalt qırıntısı əlavə etmiş;
- 17 oktyabr tarixində Azərbaycan müstəqilliyinin 24 illiyi münasibətilə “Gələcəyini boya” adlı kimsəsiz uşaqlar arasında rəsm festivalı təşkil etmiş;
- 17-18 oktyabr tarixlərində qəsəbə sakinlərinin birgə iştirakı ilə Cəfər Cabbarlı və isfahani küçələrində kollektiv təmizlik aksiyaları baş tutmuş;
- 18 oktyabr tarixində Muay-tay idman növü üzrə Binəqədi rayon birinciliyi keçirmişdir.
Bu müddət ərzində qəsəbənin qaynar xəttinə 26 telefon zəngi edilmiş, 17 elektron məktub yazılmışdır. Qeyd edək ki, “Yerli demokratiya həftəsi2 çərçivəsində keçirilmiş bir sıra görüşlər mətbu organlarda işıqlandırılmışdır.
Binəqədi qəsəbə bələdiyyəsi
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|