Binəqədi rayon icra hakimiyyəti və islam Həmrəyliyi Oyunları əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində “Bakı – 2017 islam Həmrəyliyi Oyunlarına Dəstək Olaq”! adlı ağacəkmə aksiyası keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Aksiyada Binəqədi icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov, “Bakı-2017” IV islam Həmrəyliyi Oyunları əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov, Binəqədi Rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyev, Binəqədi rayon DTX –nın rəisi Polad Abdullayev, Binəqədi RiH başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayonun icra strukturlarının rəhbərləri, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri, RiH-də təcrübə keçən ASAN könüllüləri, müxtəlif islam ölkələrindən olan tələbələr iştirak ediblər.
Rayonun Biləcəri qəsəbəsində yerləşən Stend atıcılığı mərkəzinin yaxınlığında gerçəkləşən ağacəkmə aksiyası Heydər əliyev Fondunun vitse-prezidenti, IDEA ictimai Birliyinin təsisçisi və rəhbəri Leyla əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələrin davamı olaraq uğurla həyata keçirilmiş və aksiya zamanı ümumilikdə 500 ədəd zeytun, şam ağacı, kiparis və leylandra ağacları əkilmiş və onlara qulluq göstərilmişdir.
Ağacəkmə aksiyasında “Bakı-2017” IV islam Həmrəyliyi Oyunlarının maskotları və könüllülər də iştirak edərək aksiyaya rəngarənglik qatmışlar. O cümlədən, Binəqədi rayonu, 297 saylı məktəbin şagirdləri tərəfindən flaşmob nümayiş edilib və “Bakı- 2017” yazısı yazılmışdır. Daha sonra gənclərlə görüş keçirilmişdir.
Çay süfrəsi ətrafında başlanan görüşü açıq elan edən Binəqədi icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov keçirilən görüşün “Bakı-2017” IV islam Həmrəyliyi Oyunları çərçivəsində baş tutduğunun əhəmiyyətindən danışıb və bildirib ki, gənclər hər zaman dövlətimizin gələcəyi hesab edilir. Natiq bildirib ki, gənclik böyük qüvvədir və müstəqilliyimizin qorunub saxlanılmasının, gələcəyimizin qarantıdır. Ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlətin keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir. Ölkəmizdə bu işin hər zaman yüksək səviyyədə təşkil edildiyini bildirən rayon rəhbəri bu gün gənclərə dövlət başçısı tərəfindən verilən diqqətin yüksək səviyyədə olduğunu nəzərə çatdırmışdır. Həmçinin, natiq bildirib ki, əminliklə demək olar ki, Azərbaycan gəncliyi özünün böyük qüvvə olduğunu artıq sübut edib. Gəncliyin ölkə başcısı ilham əliyevin ətrafında sıx birləşməsi ilə Azərbaycan daha böyük uğurlara imza atacaqdır.
Daha sonra çıxış edən “Bakı-2017” IV islam Həmrəyliyi Oyunları əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov bildirib ki, “Bakı-2017” IV islam Həmrəyliyi Oyunlarına 6 gün qalmış belə bir görüşün keçirilməsi olduqca təqdirəlayiqdir. Məhz buna görə iştirakçılara təşəkkür edən Elçin Səfərov oyunlarda könüllü gənclərin rolunun olduqca böyük olmasını diqqətə çatdırmışdır. Natiq qeyd edib ki, Avropa oyunlarında olduğu kimi “Bakı-2017” IV islam Həmrəyliyi Oyunları da gənclərin həmrəyliyi ilə birlikdə möhtəşəm anlar ilə tarixə yazılacaqdır.
Çıxışlardan sonra görüş gənclərin qarşılıqlı müzakirəsi və sualları ətrafında davam edib, gənclər dövlətimizin onlara göstərdiyi diqqətə və dəyərdən danışaraq, ölkə başçısına təşəkkürlərini bildiriblər.
Belediyye.info