Belediyye.infoya daxil olan məlumata görə, Bakının Nəsimi, Nizami, Səbail, Binəqədi və Qaradağ, habelə Yevlax şəhər, Gəncənin Nizami və Kəpəz bələdiyyələri “MilliÖN” ödəniş sisteminə qoşulublar.
Binəqədi rayonunun Binəqədi qəsəbə, Biləcəri, Binəqədi rayon, Qaradağın Lökbatan, Körgöz, Müşfiqabad, Sahil və Qobustan bələdiyyələri, Səbail rayonunun Səbail və Badamdar bələdiyyələri stasionar ödəniş sisteminə qoşulanlar sırasındadır.
Xatırladaq ki, Belediyye.infonun bu istiqamətdə apardığı araşdımadan məlum olub ki,(http://belediyye.info/new/details/hansi-belediyye-onlayn-odenis-sistemine-qosulub--2154.htm) hazırda E-manat və Easypay – stasionar ödəniş sisteminə Bakının Nəsimi, Nizami, Səbail (Səbail və Badamdar), Binəqədi (Binəqədi rayon), Qaradağ (Lökbatan, ələt, Körgoz, Qobustan, Müşfiqabad, Sahil,) Yevlax, Gəncə (Nizami və Kəpəz) bələdiyyələri, E-manat sisteminə isə Nəsimi bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə daha doqquz bələdiyyə - Bakıxanov, Sabunçu, Yasamal, Xırdalan, Zabrat, Ramanı, Nizami, Pirşağı və Bilgəh bələdiyyəsi qoşulub.
Beləliklə, stasionar (onlayn) ödəniş sisteminə 14 bələdiyyə Easypay sisteminə, 10 bələdiyyə isə E-manat sisteminə qoşulub.
Belediyye.info