"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bülbülə bələdiyyəsi “ağacəkmə aksiyası” keçirib

--2018-11-10 / 10:15

Suraxanı rayon Bülbülə qəsəbəsində Rayon icra Hakimiyyətinin dəstəyi, Bülbülə bələdiyyəsinin təşkilatçılığı və Bülbülə qəsəbə icra nümayəndəliyinin yaxından iştirakıyla  ağacəkmə aksiyası keçirilib.

Suraxanı RiH-in müfaviq qurum əməkdaşlarının, o cümlədən Suraxanı rayonu Bülbülə bələdiyyəsinin üzv və qulluqçularının qatıldığı aksiyada 150-yə yaxın müxtəlif növ ağac əkilib.

Bülbülə qəsəbəsi Səttar Bəhlulzadə küçəsində Bülbülə bələdiyyəsinin abadlaşdırdığı ərazidə həyata keçirilən aksiyada əsasən “küknar” ağacları əkilmişdir. Bununla yanaşı ərazidə ağacların suvarılması üşün su xəttinin çəkilişi də həyata keçirilib.

Belediyye.infoya daxil olan məlumata görə, Bülbülə bələdiyyəsi rayonda ağacəkmə aksiyası bundan sonrada davam etdirəcəkdir.

Belediyye.info

 

ŞƏRHLƏR