"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Buzovna qəsəbəsində “şəhidlər” kompleksi istifadəyə verilib

--2022-08-18 / 17:05

Xəzər rayonu Buzovna qəsəbəsində “şəhidlər” kompleksi istifadəyə verilib. Yerli sakinlərdən əldə etdiyim məlumata görə, Kompleks Buzovna bələdiyyəsinin maliyyə dəstəyi ilə inşa edilib.

Kompleksdə qəsəbədə birinci və ikinci Qarabağ müharibəsinə həlak olan 42 qəsəbə sakininin barelyefi vurulmuşdur. ən müasir stantdartlara uyğun hazırlanan barelyefdə qəhrəmanlarımızın anadan olduğu və şəhid olduğu tarixlər öz əskini tapıb.

Buzovna bələdiyyəsinin təşkilatçılığı və maliyyə dəstəyi ilə reallaşan layihə çərçivəsində kompleksin ətrafın da təmizlik işləri aparılımış. ətrafa gül-çiçək kolları əkilib və küçənin bir hissəsinə asfalt vurulmuşdur.

Yaxın günlərdə kompleksin açılış mərasimi keçiriləcəyi bildirilir. Sakinlərlə görüşümüzdə bələdiyyənin bu addımın alqışladıqlarını bildirdilər.

Belediyye.info

ŞƏRHLƏR