Rusiya-Gürcüstan sərhəd-keçid məntəqəsi tam bir Qafqaz üçlüyü təsiri bağışladı mənə. Sərhəd-keçid məntəqəsində yaranmış növbənin əsəb gərginliyini əzəmətli Kazbek dağının gözəlliyi sanki unutdurur. Növbəni gözlədikcə şütüyən növbə gözləyən maşınların seriyasına baxıram. Daha çox Azərbaycan, Gürcüstan və Ermənistan serialı maşınlardır.
Ermənilər hər yerdə olduğu kimi şivən qopararaq oradakı maşın sahiblərindən növbə gözləməyə düzgün olmağı tələb edirlər. Və birdən də sanki sözləşirmiş kimi, çaqqal sürüsü kimi maşınlardakı sürücülərə "hücüma keçirlər".
Bu səhnəyə dözməyən gözünə döndüyüm bir sürücü də almaturla düşüb tək başına bunların üstünə gələndə ermənilər qorxudan dağılışır ya da sakit danışmağa başlayırdılar.
Çox keçmir rus polis maşınını görüb "ağalarının" yanına şikayətə yollanırlar.
Ağaları isə dinləyib aralarından şütüyüb keçir və elan edir ki, hamı növbəyə riayət etsin.
Gürcülər özləri-özlərinə nəsə həll etməyə çalışır. Bu "səhnə"sadəcə sərhədin mənzərəsi deyildi sanki, umumilikdə Qafqazın mənzərəsi idi.
Bax belə, əzəmətli Kazbek dağlarının qoynundan ayrıldıq. Hərə öz ölkəsinə.
Tək istəyim isə sərhədlər müharibələr olmasın. insanlar azad, səmimi düzgün olsun. Onda nə sərhədlərə, nə müharibələrə ehtiyac olmayacaq. Mifik də olsa arzu edirəm.
Bu arada ən rahat sərhəd keçid məntəqə mənə görə Gürcüstan oldu.
Səbinə Abdullayeva
Xətai bələdiyyəsinin üzvü